Xəbər lenti




Əməkdar mühəndis Əli Məmmədovun rəhbərliyi altında Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyi qarşıya qoyulan vəzifələrin icrasını effektiv şəkildə həyata keçirir.

 Məlum olduğu kimi, Bərpa Agentliyinin missiyası, ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, 1997-ci ildən qurumun direktoru olan Əməkdar mühəndis Əli Məmmədovun peşəkar rəhbərliyi altında Bərpa Agentliyi bu günə qədər qarşıya qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən bacarıqla gəlmişdir.

İlk növbədə qeyd olunmalıdır ki, Agentlik tərəfindən azad olunan ərazilərdə, eləcə də cəbhə bölgəsində yerləşən digər qəsəbə və kəndlərdə indiyədək xeyli əsaslı bərpa işləri görülüb. O cümlədən Füzuli rayonunun Horadiz qəsəbəsi müharibədən sonra bütün infrastrukturu ilə Bərpa Agentliyi tərəfindən yenidən qurulub. Həmçinin Goranboy rayonunun Aşağı Ağcakənd kəndində əsaslı quruculuq işləri aparılıb, yeni inzibati bina, fərdi yaşayış evləri inşa edilib, su təchizatı ilə bağlı problemlər həll olunub. Bundan başqa, 1997-2016-cı illər ərzində Ermənistanla və işğal olunmuş Qarabağ ərazilərilə həmsərhəd olan Naxçıvan MR-nın, Qazax, Ağstafa, Tovuz, Göygöl, Tərtər, Goranboy, Gədəbəy, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrində elektrik təchizatı üzrə geniş həcmdə işlər görülmüş, müharibədən zərər çəkmiş 9636 fərdi yaşayış evi əsaslı təmir və bərpa olunmuş, 174 orta ümumtəhsil məktəbi və 7 uşaq bağçası bərpa edilmiş və tikilmişdir. Yenə də həmin ərazilərdə 10 ədəd xəstəxana bərpa edilmiş, 31 ədəd feldşer-mama məntəqəsi, 17 ədəd ambulator məntəqə, 5 ədəd tibb məntəqəsi tikilmiş, 1 ədəd aptek və 1 poliklinika binası bərpa edilmişdir. Yerinə yetirilmiş bu işlər nəticəsində həmin yaşayış məntəqələrində 35 mindən çox insan öz doğma evlərinə qayıda bilmiş, 200 min nəfərə qədər adamın isə yaşayış şəraiti yaxşılaşdırılmışdır.

Bununla belə Bərpa Agentliyi ölkəmizin digər bölgələrində gedən quruculuq işlərində də yaxından iştirak edir. Qurumun 2010-2015-ci illərdə həyata keçirdiyi və xüsusi olaraq qeyd etmək istədiyimiz iri həcmli layihələrdən biri də Ağstafa, Tovuz, Göygöl, Goranboy, Zaqatala və Oğuz rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır. Bu layihə çərçivəsində qeyd olunan rayonlarda 4 böyük su mənbəyi tikilmiş, 17 ədəd subartezian quyusu qazılmış, 1027,0 km içməli su boru xətləri, 837,7 km kanalizasiya boru xətləri çəkilmiş, ümumi həcmi 27100 m³ olan 33 ədəd su anbarları, ümumi həcmi 1035 m³ olan 19 ədəd təzyiq söndürən hovuzlar, 34 ədəd nasos stansiyaları tikilmiş, şəhər su və kanalizasiya şəbəkələrində 2658 ədəd siyirtmələr, 1614 ədəd yanğın hidrantları, 31343 ədəd "SMART" tipli su sayğacları, 33751 ədəd dəmir-beton kanalizasiya quyuları quraşdırılmışdır. Qeyd olunan hər bir rayonda beynəlxalq standartlara uyğun çirkab su təmizləyici qurğular kompleksləri tikilmiş və texnoloji avadanlıqlarla təchiz edilmişdir. Bu komplekslərin ümumi gündəlik məhsuldarlıqları 44200 m³/gün təşkil edir.

Yeni məktəblərin tikintisi, bir sıra mədəniyyət, təhsil obyektlərinin bərpası və yenidən qurulması kimi işlər də Agentliyin fəaliyyətində əsas istiqamətlər kimi diqqəti cəlb edir. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə verdiyi məlum fərman əsasında respublikamızın 15 rayonunda Körpələr evi-uşaq bağçalarının tikintisi də Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən qurulması üzrə Agentliyə tapşırılmışdır. Bağçaların tikintisinə başlanmış və çox qısa bir zamanda həmin obyektlərin tikintisi yüksək keyfiyyətlə başa çatdırılmışdır. Həmin obyektlərdən biri, 100 yerlik uşaq bağçası da “Qarabağ-ER” MMC tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər şəhərində inşa edilmişdir. Obyektin tikintisi yüksək keyfiyyətlə, müasir tələblərə tam uyğun şəkildə, vaxtından xeyli əvvəl tikilib istifadəyə verilmiş və hal-hazırda istismar olunmaqdadır.

     
Qeyd etmək lazımdır ki, bağçanın vaxtından əvvəl və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsi də sifarişçi təşkilatın rəhbəri Əli Məmmədovun böyük tikinti təcrübəsinə malik olmasının, qanuna müvafiq qaydada tələbkarlıq nümayiş etdirməsinin nəticəsidir. Həmçinin podratçı təşkilat “Qarabağ-ER” MMC-nin bir müəssisə kimi, möhkəm tikinti bazasına və təcrübəli inşaatçılardan ibarət  kollektivə malik olması da tikinti işlərinin bütün layihə tələblərinə cavab verəcək şəkildə başa çatdırılmasında xüsusi rol oynamışdır. Digər tərəfdən də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun vaxtaşırı tikinti işlərində ortaya çıxan məsələlərə diqqət yetirməsi və onları operativ şəkildə həll etməsi inşaat işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin edən əsas amillərdən biri kimi çıxış etmişdir.

Birmənalı olaraq demək lazımdır ki, bu gün regionlarda aparılan quruculuq-abadlıq işlərinin, o cümlədən müxtəlif bölgələrdə inşa olunmuş 15 körpələr evi-uşaq bağçasının tikintisinin yüksək səviyyədə həyata keçirilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin həm dövlət məmurları, həm də tikinti şirkətləri üçün əlverişli iş şəraiti yaratması, onların fəaliyyətlərini hər zaman diqqət mərkəzində saxlaması nəticəsində təmin olunur.

Odur ki, regionlarda infrastrukturun yaxşılaşdırılması, çoxsaylı iş yerlərinin açılması, insanların sərbəst və firavan yaşamaları üçün şəraitin yaradılması istiqamətində görülən bütün işlərə görə, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin kollektivi adından, eləcə də Tərtər sakinləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

  

Azərbaycan Respublikasının

Əməkdar mühəndisi,

Azərbaycan Respublikası

Ərazilərin Bərpası və

Yenidən Qurulması üzrə Agentliyin

Bölgə üzrə Layihə rəhbəri: Vəli Nəbi oğlu Albəndov

 

 

 

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov