Ekspertlər Avropa və Şimali Amerikanın ən populyar xizək kurortları arasında ən bahalılarının siyahısını tərtib ediblər.
Bizimaz.az xəbər verir ki, bu barədə "Travel Deyli Nyus" saytı məlumat yayıb.
Avropanın ən bahalı xizək kurortu İtaliyanın Madonna di Kampilo kurortu seçilib. Burada bir sutkalıq istirahətin 677 avroya başa gəldiyi bildirilib.
Avstriyanın İşql kurortu isə siyahıda ikinci yeri tutub. Bu kurortda istirahət 583 avro olaraq dəyərləndirilib. İlk üçlüyü yenə Avstriyanın Zaalbax Hinterqlem kurortu qapadıb. Bu kurortun dəyərinin 436 avro olduğu müəyyən edilib.
Şimali Amerikada isə ən yaxşı xizək kurortu Uistrler (Kanada) seçilib. Burada bir günlük istirahət 452 avroya başa gəlir.