Xəbər lenti


 

Noyabr ayının ortası Andaman adasında amerikalı turist sentinel qəbiləsi tərəfindən qətlə yetirildi.

 

Bizimaz.az ölkə.az-a istinadən xəbər verir ki, bu adanın yerli sakinləri adaya qədəm basan istənilən yad insana hücum edir, qətlə yetirir. Planetimizdə sivil dünya ilə əlaqə qurmaq istəməyən yüzlərlə cəmiyyət var. Onlardan bəziləri isə kifayət qədər təhlükəlidir. Siyahını oxucularımızla bölüşürük.

Yadlara ox və yayla hücum

Bir çox antropoloq etiraf edir ki, Hind okeanındakı Şimali Sentinel adasının sakinləri dünyadan tamamilə təcrid edilmiş yeganə xalqdır. Heç kəs onların hansı dildə danışdığını, saylarını və sosial statuslarını bilmir. 150 il ərzində onlarla əlaqəyə girmək cəhdi faciə ilə nəticələnib. Adaya yaxınlaşanlara sakinlər ox atır, daha yaxına gedənləri isə qətlə yetirirlər.

Con Allen Ço isə onların son qurbanıdır. Con ada sakinlərini xristianlığa dəvət etmək qərarına gəlib. Balıqçıların bildirdiyinə görə, amerikalını adaya çıxarıblar. Qəbilə sakinləri isə turistə ox və yayla hücum ediblər və meyitini çimərlikdə quma basdırıblar. Alimlər belə insidentlərdən yayınmaq üçün sentinel qəbiləsi ilə ya qayıqda, ya da helikopterdə əlaqə saxlamağı üstün tuturlar.

Məlum olub ki, ada sakinləri hələ də daş dövründə yaşayırlar. Onlar ovçuluq və yığıcılıqla məşğul olur, kənd təsərrüfatı ilə tanış deyillər. Eyni zamanda alovu da əldə etməyiblər.

Sivilizasiyanın mikrobları

Sentinel adası yaxınlığındakı Cənubi və Orta Andaman adalarındakı carava qəbiləsi də daş dövründə yaşayır. Alimlər ehtimal edirlər ki, 55 min il ətraf dünya ilə təcrid olunmuş qəbulə xalqı praktiki olaraq heç dəyişilməyib. Onlar vəhşi donuz və tısbağa, balıq ovlayır, meyvə, bitki kökü və arı balı toplayırlar. Onların pəhrizi optimaldır. Caravalıların rasionunda 150 bitki və 350 heyvan növü var.

Bu yaxınlara qədər qəbilə yadlarla ünsiyyətdən qətiyyətlə boyun qaçırır, oxdan atəş açırdılar. 1970-ci illərin sonunda qəbilənin ərazisindən uzaq qəsəbələrlə ada administrasiyasını birləşdirən yol çəkildi.

Hindistan hökuməti qadağan etsə də, turistlər bəzən yolda aborigenlərlə əlaqəyə girirlər. Onlar yerli sakinlərə qida və əşyalar verərək rəqslərini izləyirlər. Amma yadlarla əlaqə ada sakinləri arasında infeksiyaya səbəb oldu.  1999-cu ildən 2006-cı ilə qədər immuniteti olmayan caravaların yarısı bu epidemiyadan həlak oldu.

 

Mühafizəkarlar və maksimalistlər

Ekvadorun şərqində, Yasuni milli parkı ərazisində dünyanın ən azsaylı və qapalı xalqı, yəni taqarei hinduları yaşayır. Onlar nə vaxtsa böyük vaorani qəbiləsinin üzvləri olublar. Amma 1968-ci ildə protestant missionerləri ilə əlaqəyə girdilər və meşələrə gedərək xaric aləmlə əlaqəni tamamilə kəsdilər. Sonuncu dəfə taqaerilərlə missionerlər 1987-ci ildə əlaqə qurmağa çalışdılar. Onların hamısı öldü.

Qəbilə barədə demək olar ki, heç nə məlum deyil. Ehtimal edilir ki, onların sayı 30 nəfərdən çox deyil. Taqaerilər əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar. Kənd təsərrüfatı ilə tanış deyillər. Son on ildə bu xalqın cavan üzvlərini Vaorani kəndləri yaxınlığında görüblər. Onlar ovladıqları heyvanları paltar və silaha dəyişmək üçün gəlirlər.

Kabus-hindular

Cənubi Amerikanın Amazon vadisində sivilizasiyadan uzaq yaşayan 80-ə yaxın qəblə var. Onlar arasında ən vəhşisi və əlaqəyə girməyən qəbilə kavaxivalardır. Kavaxiva qəbiləsi Braziliyanın Matu-Qrosu ştatında yaşayır.

Qəbilə və onun dili haqqında çox az məlumat var. Bundan başqa hinduları demək olar ki, heç kəs görməyib. Sadəcə 2005-ci ildə çəkilmiş bir neçə foto və video var. Bu kadrlarda kavaxivalar bir-birləri ilə söhbət edirlər.

Kavaxivaların həyat tərzi haqqında bütün məlumatlar ya qonşu qəbilələrdən alınır ya da izləri ilə müşahidə edilir. Qonşu qəbilələr kavaxivaları qırmızı başlılar adlandırırlar. Tupi qəbiləsinin üzvləri bildirirlər ki, kavaxiva kişilərinin siluetini gecələr kəndlərinin yaxınlığında görüblər və onlar quş və vəhşi heyvan səsləri çıxarıblar.

Ağac kəsənlər və antropoloqlar tez-tez bu xalqın tərk etdiyi kəndlər tapırlar. Evlərdə ox, yay və nizə, mətbəx əşyaları, toxunma zənbillər tapılır. Bu əşyalara baxsaq, qəbilə köçəri həyat tərzi sürür. Onlar ovçuluq və yığıcılıqla məşğul olur, kənd təsərrüfatı, əkin-biçinlə tanış deyillər.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov