Yol üstündə olan icra başçılarından biri də, Mirdamət Sadıqovdur. Bizimaz.az bildir ki ,Mozalan.az-a verilən məlumata görə artıq 70 yaşa çatan İsmayıllı icra başçısının səhhətində problemlər var. Bir neçə dəfə ürəyindən əməliyyat olunub, həım də şəkərli diabet xəstəsidir.
Bu səbəbdən tez yorulur, öz işini yaxşı icra edə bilmir.
Diabet olması əsəbilik yaradıb. Rayon sakinləri Mirdamət Sadıqovdan narazıdı. Mənbə bildirir ki, şikayətçilərlə kobud davranana başçı, onları ələ salmaqdan da çəkinmir:”Rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır. Amma ortada heç nə yoxdur. Bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Ancaq başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamət Sadıqovdan soruşuram: bu milyonlar ayrılıbsa, hanı, ayrılmayıbsa, bu yalanları kimə deyirsiniz? Mirdamət müəllimə deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə, bu vəzifədə nə işiniz var? Işləyə bilmirsiniz, əl çəkin, qoyun bacaranlar işləsin. Insanların qarnı yalanla doymur, onlara iş, çörək, dərdinə əlac edən rəhbər lazımdır, ay hörmətli müəllim”.
Qeyd edək ki, 2011-ci ildə “İcra hakimiyyəti başçıları” haqda Əsasnamə qəbul edilib ki, burada da yaş məhdudiyyəti yoxdur. Ancaq başçısın xəstə olması , işini icra edə bilməməsi ayrı məsələ.
Xatırladaq ki, M. Sadıqov bu rayona ixtişaşlardan sonra təyin olunub. Belə halların təkrarlanması arzuedilən deyil.
Rayonda onu əvəz edə biləcək kifayət qədər təcrübəli məmurlar var.
Məsələn, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov, yaxud İsmayıllı Olimpiya İdman Kompleksi MMC-nin direktoru Tofiq Hümbətovun adları rayonda xüsusi hörmətlə çəkilir.
Sonuncunun “fövqəlnazir”lə yaxşı əlaqələrinin olduğunu nəzərə alaraq şansının daha çox olduğu deyilir.