Xəbər lenti



Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev dövrümüzün siyasət nəhənglərindən biri kimi müasir dünya tarixində  əbədiyaşarlıq haqqı qazanmışdır.
 
Azərbaycanlılar  üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri-adi siyasi istedada malik ulu öndəri  xalqına bağlayan tellər polad kimi möhkəm idi. Ona dərin hörmət bəsləyən, onu rəhbər, ata, baba kimi böyük məhəbbətlə sevən ,onun xidmətlərinin   dəyərini anlayan hər bir azərbaycanlı ümummilli lider H.Əliyevi məhəbbət və ehtiramla yad edir və xatirəsini əziz tutur.
 
 H.Əliyev öz əməlləri ilə, öz   fəaliyyəti  ilə tarix yaradan nadir şəxsiyyətlərdəndir. Onun yaratdığı tarix  Azərbaycanın ən şərəfli, ən şanlı tarix salnaməsidir. H.Əliyev haqında düşünərkən, onun haqqında danışarkən o böyük şəxsiyyətin özü haqqında söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir. O, özü haqqında deyirdi:"Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz  günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri-təvazökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.
Tarixən böyük siyasi  liderlər ən böhranlı, çətin anlarda məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın,millətin xilaskarına çevrilirlər.
 
Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstermal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə  qətiyyətli,  eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti  yəqin heç zaman xatirələrdən silinməyəcək.
 
Tale 1993–cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istədi.1993–cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi,ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının  möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olundu.
 
Ulu öndər xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80-ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala  istinad  edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət  mərkəzində  saxladı, elm  sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və  mənəvi-əxlaqi mühit fomalaşdırıldı. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan  xalqı  və dövləti qarşısındakı misilisiz xidmətləri, eyni zamanda, ciddi  təmələ əsaslanmaqla həyata keçirdiyi  fəal  maarifçilik siyasətində parlaq  surətdə  təcəssümünü  tapdı. Ulu öndər H.Əliyev  Azərbaycan təhsilinin  milli  əsaslar üzərində  çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi. 
 
Zaman sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik  konsepsiyasında real əsaslarını tapır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində  milli  ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.
 
Dahi rəhbər müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf  prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş dövlətini  qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir. 1996-cı ildən uğurla  reallaşdırılan  bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir. Ümummilli liderin  milli  dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən  uğurla  həyata keçirilməsi olmuşdur. Eyni zamanda 1995- ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının  Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları,insan hüquq və azadlıqlarının  qeyri-şərtsiz təmin olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini  və  hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Bundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat  və  sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq  islahatları  aparılmışdır. Ulu  öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyıətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.
 
Bütün bunlarla yanaşı, xalqın milli mədəniyyətinin və mənəvi-əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm,  mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur.
 
Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək  idi.
 
Ümummilli liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla  deyirdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya,  gedəcəyik,  inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin  rəmzidir. Şuşa  hamı üçün əzizdir. Amma təkcə  Şuşa  yox, Laçın dağları da əzizdir. Biz heç  vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir  şəhər,  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu-biz onlarsız yaşaya bilmərik”. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki bu günkü azərbaycan onun görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş  Azərbaycandır.
 
Bu gün Ümummilli Liderin, layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz güclü və nüfuzlu dövlətlər  sırasında daha da möhkəmlənib.
 
 
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
 
Bütün xalqın sevgili məhbubuna çevrilmiş Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda  infrastruktur layihələrin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdış üçün təxirəsalnmaz tədbirlər həyata keçirir.  
 
Xalqımız əmindir onun rəhbərliyi ilə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
 
Ulu Öndər qibləgahı,canı,varlığı qədər sevdiyi Azərbaycanı xilaskarlıq missiyası ilə məhv olmaqdan xilas etdi.  
 
H.Əliyev epoxası tariximizə qızıl hərflərlə  həkk olunmuş bir əbədiyyət dastanıdır. Ulu öndər dünya azərbaycanlılarının lideri olduğundan onun Azərbaycana və azərbaycanlılara duyğulu arzusu diqqəti cəlb edir:
 
"Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram.Qoy çaylarımız qurumasın! 
 
Qoy ağaclarımız kəsilməsin!Qoy çırağımız sönməsin”.
 
Dahilər ölmürlər, onlar dünyasını dəyişirlər!
 
Təyyibə Hüseynova
 
Abşeron rayonu Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının "Əməkdar Müəllimi”
 
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov