Xəbər lenti


 “Təhsil millətin gələcəyidir” Dahi Şəxsiyyət Heydər Əliyev tərəfindən səsləndirilən bu fəlsəfi fikir dərin tarixi təcrübəyə, ciddi arqumentlərə əsaslanır. Əlbəttə ki, nümayəndələri savadlı olmayan bir xalqın birmənalı olaraq gələcəyi sual altında olur. Bu baxımdan təhsili millətin, dövlətin gələcəyinə nur saçan işıq, uğurlu zirvələrə daşıyan yol adlandırsaq yanılmarıq. Ən azından ona görə ki, bizdən 8 saat tez yuxudan duran və dünyanı insanabənzər robotları ilə heyrətləndirən, bu gün dünya güclərini qarşı-qarşıya qoyan strateji təbii ehtiyatlara malik olmayan yaponlar qurduqları ölkə ilə dünyanın ən güclü dövlətləri sırasında yer alıblar. Nəyin hesabına? Əlbəttə ki, yalnız təhsilin. Bununla da, bir az öncə söylədiyimiz fikri bir daha əsaslandırmış oluruq. Məhz bu səbəbdən biz Ümummilli liderin hələ sovet dönəmindən ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində atdığı cəsarətli addımları renessans kimi qələmə veririk. 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycanı yenidən inkişaf yoluna çıxardı... Bütün sahələrdə olduğu kimi, təhsil sferasında da tərəqqi başladı... Bu gün isə həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsinə ayrılan vəsait ildən-ilə artır ki, bu da yalnız inkişafa aparır...

 Azərbaycanın ikinci böyük şəhəri olan, yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Gəncədə başqa sahələr kimi təhsil də müasir zamanın tələblərinə uyğun şəkildə inkişaf edir. Gəncə şəhər Təhsil İdarəsində 20 nəfər işçi çalışır. İdarənin tabeliyində 44 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 xüsusi məktəb, 2 Gimnaziya , 1 internat məktəb, 8 məktəbdənkənar müəssisə (1 və 2 №-li Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Fiziki Hazırlıq Klubu, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Şahmat-Dama Məktəbi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Gənc Texniklər Stansiyası) fəaliyyət göstərir.

Gəncə Təhsil İdarəsinin müdiri Zakir Nəsib oğlu Hüseynovdur.

Zakir Hüseynov 1955-ci il iyul ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur. 1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib. Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Attestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir. Yüzlərlə digər azərbaycanlı ailələri kimi Zakir Hüseynovun da ailəsi 1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrlə bağlı öz ata-baba torpaqlarından qovulmuşlar. 13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə Respublika Təhsil Nazirliyinin attestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir. 06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır. YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir. Evlidir, 3 övladı var. Zakir müəllim Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 mart 2012-ci il tarixli Sərəncamı ilə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
   

Vəzifəyə gəldikdən sonra təhsil sistemində böyük uğurlar əldə edən, “Təhsil xəzinədir, elm onun açarı” prinsipi ilə yaşayan, işinə çox məsuliyyətlə yanaşan Zakir müəllim Ulu Öndərin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti əldə rəhbər tutaraq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu öz əməlləri ilə sübut edir.Təsadüfi deyil ki, 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabatda Zakir Hüseynov bu sahədəki inkişafdan,son nailiyyətlərdən söz açıb. Bildirilib ki, ötən tədris ilində Gəncə şəhəri üzrə şagirdlərin sayı 40 067 nəfər olub. Onların təlim-tərbiyəsi ilə 3 868 nəfər müəllim məşğul olub. Z.Hüseynov qeyd edib ki, bu ildən etibarən hazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılır. Bu tədris ilində 2013-cü ildə anadan olmuş 3749 uşağın 75%-i, yəni 2812 nəfər 141 hazırlıq qrupuna qəbul ediləcək. Bu günədək Gəncə şəhər Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 183-də 1-ci sinfinə 4200 şagird qəbul olunub. Hal-hazırda 1-ci siniflərə elektron qaydada qəbul davam etdirilir. Bu il ali məktəblərə qəbul olanların sayı ötən ilə nisbətən daha yüksəkdir. Belə ki, ali məktəblərə qəbul olanların 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı və 1 nəfər 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən, 2017/2018-ci tədris ilinin məzunlarından 1991 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 1048 nəfəri respublikamızın ali məktəblərinə, daha dəqiq 54,4 %-i ali məktəblərə, 61 nəfəri isə xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunub. Bundan başqa, 195 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, ümumilikdə isə, məzunların 64,18% ali və orta ixtisas məktəblərinə qəbul olunub. 20-dən cox məzun xarici ölkələrin (İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreya) ali məktəblərində təhsillərini davam etdirəcəklər. Zakir müəllimin bu çıxışı deməyə əsas verir ki, Gəncə şəhər Təhsil İdarəsi əmin əllərdədir. Bu qədər inkişafa, bu qədər uğura yalnız öz işinə ürəkdən bağlı olan insanlar nail ola bilərlər. Axı o, həm də bir müəllimdir.Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz belə müəllimlərdir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.

Biz də Zakir müəllimə bu şərəfli yolda böyük uğurlar, uzun ömür və can sağlığı arzulayırıq. Xalqımızın Sizin kimi müəllimlərə hər zaman ehtiyacı var.
 Zaur Vəliyev  Bizimaz.az:

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov