2021-ci il ölkəmizdə «Nizami ili» elan edilsə də, tarixə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa dövrünün başlanığıcı kimi də yazılacaq. Ulu Öndərin “XXI əsr yüksəliş əsri olacaqdır” fikri öz təsdiqini tapdı. 44 günlük müharibədən qalib cıxan Azərbaycan artıq Cənubi Qafqazda güc mərkəzi hesab edilir.Bü günədək bütün layihələri uğurla həyata kecirən Azərbaycan höküməti işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinə statrt verdikdən sonra dünyanın diqqət mərkəzinə cevrilmişdir. Dünyanın nüfüzlü BP şirkətinin Cəbrayıl rayonunda dəyəri 200 milyon dollar olan enerji layihəsini həyata kecirmək ücün Energetika Nazirliyi ilə əməkdaşlığa başlaması, Serbiyanın ölkəmizdəki səfiri Qarabağda bərpa işlərində serb şirkətlərinin iştirak etməsinin bəyan etməsi, qardaş ölkə Türkiyənin viran qoyulmuş ərazilərimizdə bərpa işlərində fəal iştirak etməsi və digər Avropa ölkələrinin məhşur şirkətlərinin artıq bölgədə işlərə başlaması dediklərimizi bir daha təsdiq edir.
Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalisi elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Son 17 ildə Azərbaycanın diplomatik uğurları davamlılığı ilə diqqət çəkir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi. Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərakatına sərdlik edir.
Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini çox ağır yaşadı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından başlanan yol ölkəmizə yalnız və yalnız uğurlar və inkişaf qazandırıb. Cənab İlham Əliyev son 17 ildə xalqa müraciət edərkən dəfələrlə deyirdi ki, biz daha güclü olmalı, daha qüdrətli ordu qurmalıyıq. Çünki bu gün dünyada güc amili həlledici rol oynayır.
Bü günlərdə müstəqilliyimizin 30 illiyi ilə bağlı Çinin dövlət başçısı Si Cinpinlə telefon danışığı zamanı Prezident İlham Əliyevə Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayaraq hər iki ölkənin ənənəvi dostluğunun inkişaf etdirməsindən, əməkdaşlığı dərinləşdirməsindən və qarşılıqlı dəstəyi artırmasından danışması rəsmi Bakı üçün hazırkı dönəmdə olduqca əhəmiyyətli çıxış idi. Çin liderinin sözləri Azərbaycanın nə qədər etibarlı tərəfdaş olması ilə yanaşı, II Qarabağ müharibəsindən sonra daha da artan nüfuzundan xəbər verir. Eyni zamanda Si Cinpinin bu açıqlaması Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə göstərilən dəstəyin bir təzahürüdür.
ÇXR Sədrinin Azərbaycanın "Bir kəmər bir yol" təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulaması iki ölkə arasında gələcəkdə də 10 noyabr üçtərəfli bəyanatının tərkib hissəsi olan Zəngəzur dəhlizi və bu bəyanata əsaslanan digər kommunikasiyalar vasitəsi ilə Qərbə çıxışının təmin olunmasında, ticari əlaqələrinin daha da dərinləşməsində maraqlı tərəf olduğunu özündə ehtiva edir.
Dövlət başçıları bu telefon danışığı zamanı qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır. 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsinin ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün əhəmiyyəti olduqca böyükdür.
44 günlük İkinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Məhz gücümüzün kifayət qədər olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdı. Ölkəmiz son 17 ildə gücləndi, Azərbaycanın ən güclü ordusu formalaşdı, gənclərimizdə torpaq, Vətən sevgisi daha da artdı. Ulu Öndər Heydər Əliyev ideyaları gerçəkləşdi, onun arzuları həqiqətə çevrildi. Hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırırdı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu.
Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, Qarabağa yeni nəfəs gəlib. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hazırlanan bərpa planlarının uğurlu icrasını, şəhər, kənd və qəsəbələrimizin əvvəlkindən daha da yaxşı vəziyyətə qayıtmasını təmin edəcək. Bu yöndə dövlət tərəfindən planlı addımlar atılıb, mühüm layihələrə start verilib.
Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir.
Demokratik və sarsılmaz Azərbaycan istər regionda, istərsə də dünya dövlətləri arasında hər zaman uğurlu inkişaf strategiyası, mükəmməl siyasi xətti və lider ölkə başçısı ilə öndə olacaqdır.
Zaur Vəliyev
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini