Britaniyanın Sergey Skripalın zəhərlənməsində ittiham etdiyi Rusiya vətəndaşları Anotoli Çepuqa və Aleksandr Petrov hələ 2014-cü ildə eks-polkovniki izləməklə məşğul olublar.
Bizimaz.az: “Çexiya radisou” xəbər verir ki, 2014-cü ilin oktyabr ayında Çexiyaya gəlib və bu ölkəyə səfər edən Skripalın izlənməsi ilə məşğul olublar.
Eks-polkovnik Çexiyaya bu ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə müzakirələr üçün səfər edib. Və elə bu orqanların yardımı ilə Çepuqa və Petrov müəyyən olunub və onların missiyasının qarşısı alınıb.
Beləliklə, Petrov 2014-cü ilin oktyabrın 13-16 tarixlərində Çexiyanın Ostrava şəhərində otellərin birində məskunlaşıb. O bundan sonra paytaxt Praqaya səfər edib. Onun şəriki Çepuqa isə oktyabrın 11-də Praqaya gəlib.
Skripal isə oktyabrın ikinci yarısında Praqaya səfər edib.
Bundan əlavə KİV orqanının məlumatına görə Petrov və Çepuqa xüsusi xidmət orqanları tərəfindən ölkədən çıxarıla bilərdi. Belə ki, bu barədə dəqiq məlumat olmasa da Çexiya hakimiyyəti həmin il təhlükəsizlik məqsədi ilə üç Rusiya vətəndaşının ölkədən çıxarıldığını xəbər verib.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) eks-polkovniki Sergey Skripalın zəhərlənməsində ittiham olunan Petrov və Çepuqanın QRU-nun əməkdaşları olduqları bildirilir.