Xəbər lenti


Yarno Ritzen

“Əl-Cəzirə”

 

Ötən ay Şərqi Sibirdə keçirilən “Vostok-2018” təlimi son 30 ildə Rusiyanın ən böyük hərbi oyunu idi və təlimdə təxminən 300 min Rusiya, Çin və Monqolustan qoşunu iştirak edib. O yalnız məşq deyil, həm də qabaqcıl texnikanı – Rusiyanın ikinci ən böyük gəlir mənbəyini nümayiş etdirmək məqsədi daşıyıb.

 

Bizimaz.az: “Vostok-2018” zamanı Rusiya son illərdə ölkənin ən qabaqcıl və çox satılan silah sistemlərindən birini – “S-400” raketinin buraxılışını həyata keçirib. “S-400” bu yaxınlarda Suriyaya göndərilən “S-300”-ün xələfidir. Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Hindistan və Qətər kimi ölkələr “S-400”-ü almağa hazır olduqlarını söyləyib.

Bunu elan edən demək olar ki, hər bir hökumət ABŞ, NATO və ya düşmənlərindən, bir növ, diplomatik təhdid eşidib.

Bir neçə ekspert “Əl-Cəzirə”yə müsahibəsində “S-400”-ün texnoloji yenilik olmaqdan başqa, həm də uzun müddətli ittifaqlar üçün potensial risk yaratdığını bildirib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) Silah Transferi və Hərbi Xərclər Proqramının tədqiqatçı Siemon Vezeman deyib ki, “S-400” ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biridir. “Onun radarları və digər sensorlar, eləcə də raketləri geniş ərazini əhatə edir: radarın nəzarət zolağı 600 km və raketlər 400 km-ə qədər. Bu dəqiqdir və gizli hədəflər də daxil olmaqla, çox sayda potensial hədəfi izləyə bilir. Digər üstünlüklər modul quruluşu və yüksək hərəkətliliyidir, yəni qurulmaq, atəş açmaq və bir neçə dəqiqə ərzində hərəkət etmək mümkündür”.

“Council on Foreign Relations”-ın hərbi analitiki Kevin Brand izah edib: “O, fərdi istifadəçinin istəyinə uyğun olaraq, uzun məsafəli, yarıuzun məsafəli, orta ölçülü və hətta qısa mənzilli silah sistemləri ilə konfiqurasiya edilə bilər”.

NATO üzvü olan Türkiyə “S-400”-ün potensial alıcılarından biridir. Avqust ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərin məzun olma mərasimində çıxış edərək bildirib ki, 2019-cu ilədək raket sistemi tədarük ediləcək.

Ancaq Türkiyənin Rusiyanın raket sisteminə olan marağı texniki və siyasi səbəblərə görə NATO-lu müttəfiqlərini qorxudub.

Brend deyib: “Texnologiya baxımından “S-400”, əlbəttə, irəliyə doğru bir addım olardı, lakin onu NATO-nun silah sisteminin daha geniş arxitekturasına daxil olmasına Alyansın marağı yoxdur. O, potensial təhlükəli bir vəziyyətə gətirib çıxara bilər”.

NATO daha geniş bir şəbəkədə birgə çalışan bir neçə sistemə çox güvənir.

“S-400” durumu çətinləşdirə bilər, amma Rusiyanın potensial olaraq bədniyyətli də görünür. Müqavilə şərtlərini yerinə yetirərkən, rus texniklərinin NATO məlumatlarına çıxış tapması mümkündür. Ən pis ssenarisi – potensial rəqib tərəfindən istismar edilə biləcək sistemlə əlaqədar zəifliklər ola bilər.

NATO-ya üzv olmayan Hindistan, Səudiyyə Ərəbistanı və Qətər üçün “S-400” kimi bir sistem satın almaq daha az texnoloji problemlərə səbəb olacaq, lakin onlar ABŞ-ın diplomatik və iqtisadi təsirlərinə də məruz qalacaq.

2017-ci ildə ABŞ-dakı prezident seçkiləri, Ukrayna və Suriyadakı hərbi müdaxilələrə görə Rusiyaya cavab olaraq Amerika dəyərlərinə düşmən olanlar əleyhinə sanksiyalar Aktı (CAATSA) qüvvəyə minib. CAATSA ABŞ-a “beynəlxalq təhlükəsizliyi narahat edən” şəxslərə, şirkətlərə və ya ölkələrə qarşı hərəkət etmə imkanı verir.

Bununla belə, Türkiyə, Hindistan və s. ABŞ-la diplomatik əlaqələrə zərər dəyəcəyindən ehtiyatlanmadan rus silahı alır.

Ekspert Çarlz Forrester deyir: “Hindistan yalnız bir satıcıdan silah satın almır, çünki bir ölkədən çox asılı olmaq istəmir, odur ki, Hindistanın həm Rusiyadan, həm də ABŞ-dan bəzi sistemləri satın alması məntiqlidir”.

“Rusiya S-400-ü hər kəsə təqdim etmək və müəyyən dərəcədə texnologiyanı bölüşmək istəyir”, – deyən Vezeman əlavə edib ki, bu mübadilənin nə qədər uzaq gedəcəyi olacağı aydın deyil.

“Xüsusilə Türkiyə üçün “S-400” boşluq layihəsi halına gəlib. ABŞ-a və NATO-ya itaətsizliklə, Türkiyə özü-özünün bossu olduğunu göstərir”.

Tərcümə: Strateq.az

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov