Xəbər lenti

 

“Xəzər Dəniz Gəmiçiliyi” Donanmasında zəhmətkeş dənizçilərə “3-cü sort adamlar” kimi baxılır?

 

Quruda və havada apardığı uğurlu hərbi əməliyyatlarla 2020-ci ilin payız müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazanaraq torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın bəs dəniz qüvvələri hansı vəziyyətdədir? Söhbət təkcə hərbi dəniz güclərindən, sahil mühafizəsindən deyil, ümumiyyətlə, həm də əsasını neft daşımaları təşkil edən nəqliyyat donanmasından gedir.

Bu günlərdə sosial şəbəkə platformalarından birində “Xəzər Dəniz Gəmiçiliyi Donanmasında özbaşınalıq” sərlövhəsi altında bir dənizçinin video-müraciəti yayımlanıb. Dənizçi şikayətlənir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiyi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus şirkətdə çalışır, burada aylarla vaxtını gəmidə keçirən dənizçilərə “3-cü sort adamlar” kimi baxılır, onlara vaxtı keçmiş, mənşəyi məlum olmayan, istifadəyə yararsız ərzaq məhsulları verilir: “İnsanların qüruruna, şərəfinə toxunulur, adam özünə, yaşamağına nifrət edir. Şirkət rəisin qohumunun olduğuna görə burada baş verənlərə heç bir nəzarət yoxdur. Dövlət mənim qidalanmağım üçün bunlara pul ödəyib. Amma mənə ayırılan qida məhsullarının qiymətini görmürəm. Ərzağın məişət sertifikatını mənə təqdim etmirlər. Deyirlər ki, xoşundu ye, xoşun gəlmir tök dənizə...”

Məsələ ilə bağlı QSC ilə əlaqə saxladıq. Bizdən telfon nömrəsini götürüb bildirdilər ki,sizinlə əlaqə saxlayacaqlar.Bir qədər sonra QSC-nin mətbuat katibi Mehman Mehtiyevlə bizimlə əlaqə saxladı.
Video-materialda sadalanan ittihamları eşidən kimi bildirdi ki, Ruslanla (həmin dənizçi ilə - red .) görüşüb məsələni həll etmişik.Siz narahat olmayın.
Əlbəttə ki, bu cavab nə jurnalist olaraq bizi, nə də ümumiyyətlə, xalqı, ictimaiyyəti qane edə bilməz. Çünki Ruslan tək özünün deyil, həm də digər dənizçi yoldaşlarının problemindən danışıb. Üstəgəl, dənizçilərin ərzaq payını oğurlayanların,onlara keyfiyyətsiz ərzaq yedizdirənlərin ifşa olunmasını, cəzalandırılması istəyir. Bundan başqa, zəmanət yoxdur ki, bu gün razı salınan, tutaq ki, “2-ci sort adamlar” sırasına keçirilən Ruslanı sabah fəaliyyətində “tapacaqları” başqa bir “çepe”yə görə işdən

qovmayacaqlar. Axı, eyni haqsızlığa məruz qalan digər həmkarları da ondan nümunə götürüb etirazlarını dilə gətirə, ictimailəşdirə bilərlər. Korrupsiyaya qarşı mübarizə tədbirlkərinin sərtləşdirilkdiyi indiki dönəmdə bu etiraz nidalarının tendensiyaya çevrilərək kütləviləşməsi isə QSC rəhbərliyinə yaxşı heç nə vəd etmir.

Təxmin edirik ki, məsələ ilə bağlı suallartımıza Mehman Mehtiyevdən daha dolğun cavabı 7 ildir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin iqtisadi məsələlər üzrə müavini Cəlal Həsənağa oğlu Fərəcli verə bilər. Cəlal müəllimin keçdiyi şərəfli əmək yoluna baxanda heç bir korrupsiya izinə rast gəlinmir. Siz də əmin olun: 1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də mühasib, iqtisadçı vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2008-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə “Azneft” İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləmişdir. Göründüyü kimi, adam 33 illik fasiləsiz iş stajına malikdir. Allah işinə fərəc versin. Bircə karyerasında maraqlı məqam odur ki, daim zehni əməklə, rəqəmlərlə çalışan, onların nə “şişirdilməsinə”, nə də “incəldilməsinə” yol verməyən Cəlal Fərəcli bunca gərgin iş rejimində elmi fəaliyyətlə məşğul olmağa necə vaxt tapıb, iqtisad üzrə fəlsəfə doktoru elmi adını qazanıb. Ümid edirik ki, fəaliyyətində şəffaf olan, hesabatlılığıl sevən hörmətıli Cəlal müəllim biz jurnalistlərlə təmasdan yayınmayacaq.

Sonda xatırladırıq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

Araşdırmamız davam edir.

Q.Umudoğlu

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov