Xəbər lenti


Sovet dönəmində Azərbaycan tarixinin 1920-30-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb.
Bizimaz.az: İnstitutdan verilən məlumata görə, “Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)” adlı dissertasiya müdafiəsi keçirilib.

Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Aslan Xəlilov, elmi məsləhətçi isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

Ulu öndər Heydər Əliyev Azərbaycanın XX əsr tarixini belə xarakterizə edib: “XX əsr çox mürəkkəb bir əsrdir. Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur”.

A.Xəlilov tədqiqat işində Azərbaycan və Rusiyanın arxivlərindən geniş şəkildə istifadə edib.

Əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və ölkəmizdə siyasi sabitliyin möhkəmləndirilməsi məsələsinin vacibliyinin cəmiyyətimizin müxtəlif təbəqələrinə, xüsusilə, gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMEA-nın Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. İnstitutda tarixçi alimlər İlqar Niftəliyev “Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)” və Firdovsiyyə Əhmədova “Mərkəzi Sovet hakimiyyətinin Azərbaycan siyasəti (XX əsrin 20-30-cu illəri)” mövzusunda araşdırma apararaq, doktorluq dissertasiyası yazırlar.
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov