Xəbər lenti



Bu sözlər Qusar rayonunda fəaliyyət göstərən «Pioner» şirkətinin təsisçisi, fiziki şəxs Verdixanov Mübariz Eysun oğluna aiddir.

Redaksiamıza Qusar rayonundan maraqlı bir məlumat daxil olub. Xəbərdə deyilir ki, Qusar Kommunal Müəssisələr Kombinatının rəhbəri Cəfər müəllim dövlət vəsaitini təyinatı üzrə xərcləmir. Belə ki, hec demə direktor dövlətin rayon təsərrüfatına ayırdığı pulu fiziki şəxs Verdixanov Mübariz Eysun oğlu ilə dədə malı kimi xərcləyirlər.

Rayonda hansı daşı qaldırırsan Mübarizin imzası var. Rayon İcra Hakimiyyətinin tabeliyində olan müəssisələrə elektrik mallarından tutmuş süpürgəyə kimi, əkin vasitələrindən tutmuş ehtiyyat hissələrinə kimi keçirilən bütün tenderlərin qalibi məhz bu şəxsdir. Hətta rayonda məişət tullantılarının poliqonu da təmizləməyi ona tapşırıblar. Hec demə fiziki şəxs Mübariz bəyin sorağı  «Təmiz Quba» Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyinə də gəlib çatıb.

Məsələ ilə bağlı Qusar Kommunal Müəssisələr Kombinatının direktoru Cəfər müəllimlə əlaqə saxladıq. Direktor bizimlə söhbətdə bildirdi ki, Mübariz bəy etibarlı şəxsdir. Onun imkanları genişdir,hər nə istəsək tapıb gətirir.Onunla əlaqə saxlayın.Sizin suallarınıza yalnız o cavab verə bilər. O rayonda bütün tenderlərin qalibidir.

Fiziki şəxs Verdixanov Mübariz Eysun oğlu bizimlə söhbətdə bildirdi ki, uzun illərdir bu işlə məşğul olur.

- Əlim hər yerə çatır. Bütün müəssisələr özləri gəlib yalvarır. Mənim mağazam var. Hər işlə məşğulam. Texniklaram var. Mən olmasam onlar nə edərlər?

Maraqlıdır, görəsən fiziki şəxs Mübariz Verdixanovun son vaxtlar həbs edilən rayon icra hakimiyyəti başcılarının  «MMC»-lərlə hansı şəkildə işlədiklərindən xəbəri yoxdurmu? Bəzi məmurların “MMC”-lə birləşib dövlət vəsaitini necə taladıqlarını eşitməyibmi? «Yarı səndə, yarı məndə» prinsipi ilə işləyənlərin aqibətindən necə,xəbəri varmı?

Məlumat üçün qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı olmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

Qusar rayon icra hakimiyyətindən isə mövzu ilə bağlı suallarımıza cavab ala bilmədik.

Araşdırmamız davam edir.

Bizimaz.az

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov