“44 günlük müharibə tarixində yaralanan bütün hərbicilərimizə şəfa diləyirəm.Mən 1-ci Qarabağ müharibəsində Qazi olmuşam. İnanıram ki,dövlətimiz onların bütün ehtiyaclarını təmin edəcəklər.”
Bü sözləri əməkdaşımızla şöhbətində Quba rayon Bağbanlı kəndində məskunlaşan 1-ci Qarabağ müharibəsinin iştirakcısı,2-ci qrup əliı Arif Manafov bildirib.Qazimiz Quba rayonunun Bağbanlı kəndinin bələdiyyə sədri Kərim müəllimin işcisi ilə birləşib onun başına acdığı oyunlardan danışaraq aşağıdakıları bildirdi;
- 2016-ci ildə dövlətimiz mənə fərdi ev tikmək ücün Quba rayonu Bağbanlı kəndində 8 sot torpaq sahəsi ayrəlması ücün bələdiyyəyə göstəriş verdi. Həmin vaxt mən bələdiyyə sədri Kərim müəllimə müraciət etdim.Sədr mənə bildirdi ki,fondda torpaq sahəsi yoxdur.Amma bələdiyyənin işcisi İkramda torpaq var.İstəyirsənsə onu satır,1200 manat ver al.Bir xeyli bazarlıqdan sonra qiyməti 600 manata sala bildim.Həmin vaxt bankdan kredit götürüb getdim bələdiyyəyə.Kərim müəllimə dedim ki,mən 500 manat verə biləcəm.O da həmin pulu İkrama verməyi tapşırdı.Bundan sonra Rasim Əhmədovun rəhbərliyi ilə mənə fərdi mənzil tikildi.Və 2018-ci ildə mənzilimə köcdüm.Sağ olsun dövlətimiz.
Sonralar məlum oldu ki,həmin torpaq sahəsi İkram tərəfindən zəbt olunmuşdur.Və onlar birləşib həmin yeri mənə 500 manata satıblar.Mən pulu geri istəyəndə bələdiyyə sədri bildirdi ki,biz ora qaz,su,yol cəkəcəyik.Narahat olma,sənin pulunu qaytaracam.Amma bü günədək mənim pulumu qaytarmayıblar.
2020-ci ilin yayında əraziyə sakinlər 50 manatdan pul yığıb su cəkdirdi.Həmin vaxt mən yenidən bələdiyyə sədrindən pulumu istədim və dedim ki,mənim 50 manat verməyə indi imkanım yoxdur.Pulumu verin,sakinlərə qoşulub su cəkdirim.Sədr də bildirdi ki,yaxşı,yaxın vaxtlarda verəcəm.Sonra yenə ona zəng vuranda dedi ki,əraziyə traktor göndərmişəm,sənin əvəzinə traktor sürücüsünə pul verdim.Və beləliklə məni qonşuların yanında biyabır etdi.
Qazimiz məsələ ilə bağlı Quba rayon Prokurorluğuna müraciət etdiyini,amma hec bir nəticəsi olmadığını söylədi.Həmin vaxt bələdiyyə sədrini də prokurorluğa cağırdılar.Və sonra da gülə-gülə cıxıb getdi.
Məsələ ilə bağlı əks tərəfin mövqeyini dərc etməyə hazlrlq.
Mövzuya qayıdacağıq.
Şükür Bəydəmirli