Ötən il Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Quba, Şabran və Siyəzən rayon mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Görüşdə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi müzakirə olunmuşdur.
Qeyd edək ki, Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli Fərman bu görüşün keçirilməsində əsas mayak hesab olunurdu. Həmin Fərmanda zamanın tələblərinə cavab verən effektiv mədəniyyət siyasətini həyata keçirmək qarşıya vəzifə kimi qoyulurdu. Tədbirin gedişində iştirak edən mədəniyyət işçilərinin əksəriyyəti Prezidentin fərmanından irəli gələn məsələləri müzakirə edir, yeni nailiyyətlər üçün çıxış yollarını axtarmağa çalışırdılar. .İştirakçılar nəhayət islahatların mədəniyyət sahəsinə də gəlib çatdığını alqışlayırdılar. Lakin tədbirin sonunda idarə tərəfindən komissiya yaradılması və rayonlarda fəaliyyət göstərən klub və kitabxanalarda monitorinqlərin aparılması ilə bağlı qəbul edilən qərar rəhbərlikdən başqa heç kəsin ürəyincə olmadı. Belə ki, iştirakçıların məhz bu sual düşündürürdü.
-Niyə məhz klub və kitabxanalar?
Düzdür, Fərmanda məhz bu sahələrdə müasir tələblərə cavab veriləcək tələblər qoyulmuşdur. Amma buna baxmayaraq həmin görüşdə çıxış edənlərin əksəriyyəti mədəniyyətin bütün sahələrində islahatlardan danışırdılar. Axı necə olur ki, yenə klub və kitabxanalarda monitorinq aparılır?
Bu suala hələ də həmin görüşdə iştirak edənlərdən başqa heç kəs cavab verə bilməz. Çünki onların hamısı çox gözəl bilirlər ki, monitorinq adı altında 5 rayonun klub və kitabxanalarında «xüsusi komissiya» tərəfindən «təftiş» başlayacaq. Və belə də oldu. İdarənin bütün rəhbər strukturları klub və kitabxanalara hücuma keçdi. Görüşdən sonra idarənin rəisi Nazim Abayevin otağında keçirilən qapalı iclasda yalnız yaxın çevrəsi iştirak etmişdir. Qapalı keçirilən görüşdə nədənsə ölkə başçısının Fərmanı deyil, nazirin müavini Rafiq Bayramovun necə razı salınması üçün yollar müzakirə edilib. Deyilənə görə, iclasda idarənin Siyəzən üzrə məsləhətçisi Zəminə Qədirli bildirib ki, axı rayondan 13 kitabxananı biz yeni monitorinq eləmişik. Amma buna baxmayaraq idarəni öz ənənələri ilə idarə edən rəis bildirib ki, Rafiq Bayramovun göstərişi dərhal icra edilməlidir. Kim işləmək istəmirsə, ərizə yazıb getsin.
Ən maraqlısı odur ki, həmin monitorinqin nəticələri bugünədək ictimayət üçün açıqlanmayıb. Belə ki, idarənin rəisi saytında ötən il keçirilən görüşdən sonra nəticələr haqda heç bir məlumata rast gəlinmədi.
Sonda onu da qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı nazir müavini Rafiq Bayramov saxlanılmışdır. Amma bu günədək Nazim Ağayev hələ də Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisidir.