Xəbər lenti



Kolxoz sədri mədəniyyət idarəsinin müdiri olanda nələr baş verir?

 

 

İnsan sevgi hissindən yaranır. Allah da məhz ilk insanı sevgi rəngində yaratdı. Bu gün dünyada da insan və sevgi bir-biri ilə eyni ovqatdadır, lakin çox hallarda insan sevgidən aldığı insanlığı cəmiyyətdə doğru-dürüst müşayiət edə bilmir, yolunu pis vərdişlərə sarı döndərir... Açığı, Xaçmaz Regional Mədəniyyət İdarəsində baş verən hadisələr də bu tərzdə təsir bağışlayır...

Sovet imperiyası dövründə kolxoz sədri işləmək hər adama qismət olmurdu. O dövr üçün sədr vəzifəsi rayonda çox əhəmiyyətli post sayılar, kənd əhalisinin sayından asılı olaraq bu vəzifənin çəkisi də məlum olardı. Yəqin ki, o dövrlərdə yaşamış insanlar bizim nə dediyimizi başa düşdülər.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev də Sovet dönəmində sovxoz direktoru işləmişdir. Tərcümeyi-halına diqqət yetirəndə məlum olur ki, o, gənc yaşlarından vəzifə kürsüsündə əyləşib.

Maraqlıdır, bəs Nazim Ağayevi mədəniyyət sahəsi ilə nə birləşdirir? Qeyd edək ki, Nazim Ağayev 1997-2002-ci ildə Xaçmaz rayon İcra Hakimiyyətində I-ci müavin vəzifəsində çalışıb. Hələ 3 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin əsasnaməsi  təsdiq ediləndə onun bu postda gözü olub.

N.Ağayev zənn edir ki, uzun illərin idarəçilik təcrübəsindən daha da irəli gedəcək. Bəlkə də buna görə o, birinci müavin vəzifəsini Mədəniyyət İdarəsinin rəisi vəzifəsi ilə dəyişib.

Sözün həqiqi mənasında böyük maraq kəsb edir, həm də ikrah bir sual yaranır ki, bir dövlət məmurunu - icra başçısından sonra rayonda ikinci şəxs hesab edilən N.Ağayevi bu vəzifəyə keçməyə nə vadar edib? Sualın cavabını hələ də Xaçmazda tapan olmayıb: Kimisi o dövrdə icra başçısı olan Şəmsəddin Xanbabayevlə Nazim Ağayevin yola getmədiyini deyir, kimisi də icra başçısının mədəniyyət sahəsini etibarlı şəxsə tapşırdığını bildirir.

Qeyd edək ki, Nazim Ağayev hazırda beş rayonun - Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının mədəniyyət və incəsənət sahəsinin özündə birləşdirən Regional İdarənin rəisidir. Bu, belə düşünməyə əsas verir ki,N.Ağayev bəlkə də sabiq icra başçısı Şəmsəddin Xanbabayevin gücünü bildiyi üçün bu postu seçib…

Keçək mətləbə, İdarənin fəaliyyət istiqamətlərini araşdırıqda məlum olur ki, regionda mədəniyyət sahəsi Nazim Ağayevin dövründə tənəzzülə uğrayıb. Nazirlik tərəfindən mədəniyyətin inkişafına yönəlmiş vəsait düzgün səmtə istiqamətləndirilməyib. Yəni, uzun illərin idarəçilik təcrübəsi rəis Nazim Ağayev tərəfindən mədəniyyət sahəsində özünü büruzə verməyib. Əksinə, regionda qabaqçıl təcrübəni nəzərə almaqla yeni nailiyyətlər əldə etmək əvəzinə rəis yalnız Sovet ənənələrinə xas olan idarəçilik metodunu seçib. Əsasən ayrılan büdcə vəsaitinin səmərəliliyinin təşkili istiqamətində öz «bilik» və «bacarığını» əsirgəməyib. İdarə rəisinin regionun balansında olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının qorunub saxlanması istiqamətində düzgün iş qura bilməməsi ucbatından bir çox mədəniyyət obyektləri bağlanmaq təhlükəsi ilə üzləşib. Kadr təminatı istiqamətində də iflas var - bir növ, rəis Nazim Ağayev yalnız keçmiş komanda ilə işləməyə üstünlük verib, bu da iflas üçün əsaslı səbəblər yaradıb.


Beləliklə uzun illərin təcrübəsi Xaçmaz Regional Mədəniyyət İdarəsində özünü göstərə bilməyib. Əksinə,  yuxarıda qeyd etdiyimiz kimi, bu sahədəki azacıq yüksəliş də tənəzzülə uğrayıb. Xaçmazda olduğumuz dövrdə öyrəndik ki, dövlət büdcəsindən mədəniyyət obyektlərinin təmirinə ayrılan vəsait keçmiş icra başçısı Şəmsəddin Xanbabayevə yaxınlığı ilə tanınan Yolçuyev Əhməd Müttəlim oğlu tərəfindən həyata keçirilib. Əsasən fiziki şəxs Əhməd Yolçuyevin gördüyü işləri araşdırmaq müvafiq orqanların vəzifəsi olduğu üçün bu haqda ətraflı gələn sayımızda məlumat verəcəyik. Əsas odur ki, təmir adı altında Əhməd Yolçuyev mədəniyyət sahəsinə ayrılan vəsaiti necə xərcləyib?

Xaçmaz rayon Sərkərli kənd sakinlərinin verdiyi məlumata görə, kəndlərindəki klub Regional İdarə tərəfindən hərrac yolu ilə satışa çıxarılıb. Rayondan verilən məlumata görə, Nazim Ağayevin dövründə təkcə Sərkərli deyil, digər rayonlarda olan kənd klublarının bir neçəsi özəllişdirməyə verilib. Həmin klublarda işləyənlərin isə taleyi qalıb Allahın ümidinə. Məsələn, Qusar rayonunun Ağaqanqışlıq kəndinin klubu satılmır ki, satılmır. Başqa bir misal: Şabran rayon Uşaq Musiqi Məktəbinin direktoru Bahadur Xamayevin 46 yaşında yadına düşüb ki, onun ali təhsili yoxdur. 1999-cu ildən direktor işləyən Bahadur müəllim 100-dən çox müəllimi olan kollektivə rəhbərlik edir. 2006-cı ildə Dərbənd Mədəniyyət və İncəsənət İnstitutunun qarmon ixtisasını qiyabi bitirən zaman həmin məktəbdə 7 ali təhsilli müəllimə işləyib. Amma nədənsə idarənin Şabran rayon üzrə baş məsləhətçisi Əhməd Səmədovun təqdimatı ilə həmin kadrlardan biri direktor ola bilməyib. İki böyük tədris binası olan musiqi məktəbində keçmiş ənənələrlə işləmək görünür, sərf edir..

Həmçinin, Quba rayon üzrə baş məsləhətçi Fuad Orucovun fəaliyyəti araşdırılsa, məlum olar ki, rayonun  mədəniyyət sahəsində çalışanların 0,5 ştat vahidi necə hesablanıb...

 

P.S. 8 may 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vəzifəli şəxslərin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etdikləri üçün əməliyyat istintaq tədbirləri həyata keçirib və bundan sonra Mədəniyyət Nazirliyinin müavini Rafiq Bayramov, Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramovun cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10%-ni nazirliyin ehtiyacları üçün geri verdiyi kimi açıqlama verməsi Xaçmaz Regional Mədəniyyət İdarəsində də geniş müzakirə olunub.

 

Ətraflı gələn sayımızda.

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Zaur Vəliyev

 

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov