Xəbər lenti



Qazaxın keçmiş başçısı Ayaz Əsgərov mənə dedi ki, get, hara şikayət edirsən, et

Hə, iş ki, qaldı avara ilə axmağa, demək, farağat bir şeyə nəsib olmazsan. Cəmiyyətin avara və axmaq adamları illah ki, vəzifə tutalar, o zaman atovun da öyü yanır, anovun da. Dad etməyə heyin belə qalmır...

Vallah, adamın ağlına hərdən elə şeylər gəlir ki, istər-istəməz matun-mutun quruyur, az qalırsan, əsəbindən dodaqlarını gəmirib yeyəsən. A.Əsgərovun hərəkəti adama məhz bu cür təsir edir.

Rəhmətlik dədələr deyərdi ki, çoxbilmişlik sadəcə bir biclikdir. Adam çoxbilmişlik edəndə, ona küncdə-bucaqda bic adam deyirlər. Bəlkə də dünyanın qol-qıçını yeyənlər də elə bic adamlardı - yəni çoxbilmişlərdi. Belə çıxır ki, çoxlarına rejim qorxusu yaşadan Ayaz Əsgərov da bu prinsipi öz missiyasının əsas dayağı hesab edir.

Danılmaz faktdır ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Bu mənada, etiraf olunası haldır ki, dünya siyasətində böyük iz buraxmış fenomen şəxsiyyət Heydər Əliyevin qurub-yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi sərvətdir və onun dəyərini dərk etməliyik. Çoxumuz bu sərvətə sahib çıxsaq da, təəssüf hissilə qeyd etməliyik ki, bir sıra hallarda bu dəyəri itirən şəxslərə də rast gəlinir. Məsələn, Qazax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ayaz Əsgərovun şəxsində bu fakt özünü labüd göstərir. Açığı, onun saxtakarlıq ifadə edən əməlləri dövlətimizin uğurlu inkişafına ləkə vurur və bu hal müstəqil və demokratik Konstitusiyamızın - Ana Qanunumuzun müəllifi Heydər Əliyevin qurduğu müstəqil dövlətçilik prioritetlərinə ziddir.

Əslində, icra başçıları cəmiyyətlə bağlı bütün riskləri və mövcud vasitələri dəyərləndirməli, ölkənin xoşbəxt gələcəyini təmin edəcək yeni perspektivlər haqqında addımlar atmalıdır. Ancaq Ayaz Əsgərovun çirkin əməlləri bu perspektivlərə kölgə salır. Diqqət yetirək: keçmiş başçı öz vəzifəsindən sui-istifadə edərək  pul mənimsəyib. Ayaz Əsgərov təkcə Qazax rayonunda mənə 50 min manatlıq zərər vurub. Bildiyimə görə, o, bir neçə insana da fırıldaq gəlib, rayonun abadlığı üçün mal və materialdan istifadə edib, lakin pul odəməyib. Pulu tələb edəndə isə dövlət məmuru şəxsən mənə dedi: Get, hara şikayət edirsən et.

Açığı, məmurdan bu cür cavab almaq təəccüb doğurur. Və şübhəsiz o, indi də başqa bir rayonun başçısı olaraq orada yeni üsüllara əl atır, əhalini narazı salmaqla, iş adamlarının başına oyun acmaqla məşğuldur.

Cənab Prezident! Çox istəyirəm ki, dövlət hər zaman haqq-adələtin arxasında dursun, bu vicdansız və xəyanətkər şəxs haqqında cinayət işi açılsın, istintaqda bizdən də izahat alınsın. Yalnız onda inanaram ki, haqq-ədalət var və o, bərqərardır.

Bəli, dövlətin əleyhinə işləmək dövlətə xəyanətdir. Bəzi məmurlar öz çirkin əməlləri ilə dövlətə də, xalqa da xəyanət edirlər. Maraqlıdır ki, onlar vəzifəyə təyin edilərkən saxtalıqlarını görmək olmur. Ola bilsin o dərəcədə ustadırlar ki, bunu gizlədə bilirlər. Bəlkə də...

Məmmədov Qalib Binnət oğlu

Əlaqə nömrəsi: (055) 584-99-24

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov