Xəbər lenti

Şərəfli yolun yolçusu...



Məmmədov Fəxrəddin 08 Sentyabr 1950-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalı Mehri rayonu Aldərə kəndində Həsən müəllimin ailəsində dünyaya göz açıb. Kəndin qoçalarının , ağsaqqallarının təbirincə desək - Həsən müəllim hesab dərsi verərdi. Təməli 1890-cı illərdən qoyulmuş Əldərə rus-tatar məktəbi doğma Azərbaycanımız üçün çox sayda dövlət xadimləri , elm adamları , həkim, müəllim, hərbiçi və.s. bu kimi ziyayılar yetirmişdir. Həmin məktəbin məzunları müəllimlərini xatırlayanda ilk öncə adı çəkilən əməkdar müəllim Həsən müəllim olurdu.
Tanrı xoşbəxtliyi Fəxrəddin müəllimə belə bir ailədə dünyaya gəlib ,tərbiyə almağı qismət etmişdir. Bunun məsuliyyətli tərəfini heç vaxt unutmayan Fəxrəddin müəllimin həyat yoluna qısa ekskursiya edək.

1967 -ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə qəbul olub, 1973-cü ildə həmin elm oçağını bitirərək riyaziyyatçı , riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Elə həmin ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra 1977-ci ildə Zaqafqaziya DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis ,1980-ci ildən AKTA-nın ( ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 2002-ci ilədək bu ali məktəbdə əvvəlcə assisent , 2001-ci ildən dosent vəzifələrində çalışmışdır.

2002-ci ildən bu günə kimi əmək fəaliyyətini Gəncə Dövlət Universitetinə bağlayıb. İnformatika kafedrasında dosent ,  2007-ci ildə şəxsi nüfuzu , işinə məsuliyyəti və kollektivdə qazandığı hörmət nəzərə alınaraq əvvəlcə Riyaziyyat –İnformatika fakultəsində tədris işlər üzrə dekan müavini , 2011-ci ildən dekan vəzifələrində işləyib.

Universitetnin elmi və içtimai həyatında fəal iştirakı , kollektivdə müəllim və tələbələr arasında yüksək reytinqi nəzərə alınaraq 8 Aprel 2014-cü ildə Gəncə Dövlət Universitetinə Tədrisin təşkili və təlim texnoligiyaları üzrə prorektor vəzifənəsinə təyin ounmuşdur.

Fəxrəddin müəllim daim elmi axtarışlarda olmaqla yanaşı ,bir neçə dərs vəsaitinin , o cümlədən 40 metodik göstəriş və elmi məqalələrin müəllifidir.

Onun səmərəli elmi və pedoqoji fəaliiyəti kollektiv rəhbərliyi və yuxarı Dövlət orqanları tərəfindən həmişə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərancamı ilə ona “Əməkdar müəllim “ fəxri adı verilmişdir.

 Fəxrəddin müəllimin bu gün 70 yaşı tamam olur. Yubliyara möhkəm can sağlığı, gələcək işlərində müvəffəqiyyətlər ,yeni uğurlar arzulayırıq!

 

Şaiq Ələsgər

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov