2018-ci il 5 illik istilik dalğasının ilk hissəsidir.
bizimaz.az Yayın başlaması ilə dünyanın müxtəlif yerlərində temperatur yüksək səviyyəyə çatıb. Meteroloqlar bu ilin, bu günə qədər yaşanmış olan ən isti il olduğunu söyləyirlər.
Lakin 2018-ci il bu rekorda çox qısa müddətlik sahib olacaq. “Nature Communications” jurnalının tədqiqatçılara görə, istilik dalğası 5 il müddətində davam edəcək və 2018-ci il bunun ilk hissəsidir.
Minval.info scientias.nl-a istinadən xəbər verir ki, tədqiqatçılar bu qənaətə gəlmək üçün iqlim modelləri, təcrübə və statistika nümunələrdən yararlanıblar.
İqlim modellərində, qlobal istiləşmənin artması ilkin amil kimi araşdırılıb. Məlum olub ki, CO2 emissiyaları, aerozol və vulkan püskürmələri növbəti 5 ildə temperaturu tədricən artıracaqdır. Utrext Universitetində araşdırmalarını davam etdirən Sibren Driftvud bildirib ki, son illərdə istilik dalğasının dünya səviyyəsində artdığını müşahidə ediblər:
“Okean temperaturu və qlobal temperatur ortalamalarının artımı, xüsusilə də bu il araşdırmalarımızı başlamağa səbəb oldu. Son 10 ildə temperatur necə idi? Gələcək 10 ildə temperatur necə olacaq? Biz bu sualların araşdırmamızda təməl rol oynadığını müəyyən etdik”.
Araşdırmalardan cavabdeh olan Florian Sevellec hesabatının sonunda temperaturun illər ərzində artacağı və qlobal istiləşməni artıra biləcək səbəblərin qarşısının alınmalı olduğunu deyib:
“Keçmiş iqlim modellərini aşkara çıxarmaq çox vaxt aldı. Bütün halları nəzərə alaraq, əldə etdiyimiz nəticələri dəfələrlə izləyirik. Tədqiqatlar nəticəsində əldə edilən modellər bizə bəzi tədbirləri görməyə yardımçı olur. Aldığımız modellər bizi gələcəkdə çox isti illər gözlədiyini deyir”.