Xəbər lenti

Azərbaycanda bir neçə saatlıq elektrik enerjisinin yoxluğu əlimizi ayağımıza dolaşdırmağa kifayət etdi.

 

bizimaz.az Halbuki babamızın babasının babası bu kəşfin varlığından bixəbər olub. Demək olarki həyatımızın hər sahəsində bu kəşfin faydası ilə qarşılaşırıq, o zaman deyə bilərik ki, elektrik insanoğlunun ən böyük kəşfidir.  Bəs elektrik getsə və bir daha gəlməsə, onda necə ?

Minval.info indi sizə elektrik enerjisiz bir həyatı təsvir edəcək. İlk olaraq fabriklərin fəaliyyəti dayanar. Ehtiyaclarımızı marketdən alaraq qarşıladığımız günlərin sonuna gələ bilərik.

Su və kanalizasiya sistemləri çökər və bir müddət sonra yağış suyunu içmək məcburiyyətində qalarıq.

İşıqlar gedər, peyklər və digər cihazlar işləməz. Elektrik enerjisinin getdiyi andan etibarən havada olan təyyarələrin aşağı enməsi çox çətinləşər və elektrik enerjisinin ilk toplu ölümləri aşağı enə bilməyən təyyarələr səbəbindən gerçəkləşər.

İnternet deyə bir şey qalmaz, bəlkə biz də əcdadlarımız kimi məlumatı poçt göyərçinləri ilə ötürmək məcburiyyətində qalarıq. Ağıllı telefonların zibildən fərqi qalmaz. Artıq istəsək telefonlarımızdan çəkic əvəzi də istifadə edə bilərik. İlk zamanlar var olan texnoloji yeniliklərin xatirəsi ilə yaşayarıq. Artıq aylar, illər sonra xatirəyə çevrilmiş texnologiyaların şəklini divarlara çəkərək, gələcək nəsillərə bunların varlığından məlumat verə bilərik.

Sonrakı illərdə getdikcə ibtidai dövrə gedən insanlıq üçün təyyarə qeyri-adi uçan cisimlərə, maşınlar nağıl personajlarına, telefonlar, internet, digər cihazlarsa, sadəcə yuxuya çevrilər. Necəki qədim dövlərdə miflər var idi, bizim üçün də artıq bu yeniliklər mifə çevrilə bilər.

Ən dəhşətli mənzərə nüvə və atom stansiyalarında yaşanar ki, bu da insanlığı sonu deməkdir. Elektrik enerjisinin yoxluğunda nüvə stansiyalarının reaktorları idarə edilə bilmədiyi üçün əriməyə başlayar. Bu reaktorların əriməsi nəticəsində yaranacaq radioaktiv kirlilik demək olar ki, bütün canlı orqanizmin məhvi deməkdir.

Elektrik bizim üçün dəyərlidir, lakin həyatımızın sonu olmaması üçün daha qənaətli və diqqətli olmalıyıq. Arzu edirik ki, heç olmasa bütün nüvə və atom stansiyaları bağlanana qədər elektrik enerjisiz qalmarıq.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov