Xəbər lenti



Qazax Rayon Mərkəzi Xəstəxanasından getmiş tənqidi yazıya əlavələr gəldi.
Əvvəlcədən bildiririk ki, xəstəxana haqqında yazılan tənqidi məqaləyə çox keçmədi ki, adlarının çəkilməsini istəməyən səhiyyə işçiləri söylədiklərinin də əlavə edilməsini xahiş etdilər. Belə məlum oldu ki, cənab Prezident İlham Əliyev Qazaxdakı bu səhiyyə ocağının açılışı zamanı heç də görülən işlərdən razı qalmayıb. Açılış zamanı bir qrup səhiyyə işçiləri ilə görüşməməsi bununla əlaqələndirilir. Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədovanın xəstəxananın açılışı zamanı Prezidentin arxasınca getməsi və yanında dayanması, heç də o demək deyil ki, Sevda Məmmədova toxunulmaz şəxsə çevrilib.





Belə düşünmək bir sıra dayaz filirli insanların xəyalı kimi qiymətləndirilir. Bu bir qaydadır ki, açılış zamanı kimsə olmalıdır və Sevda Məmmədovanın açılışda olması təbii haldır. Səhiyyə işçiləri onu da yazmağı tövsiyyə edirlər ki, bizim haqqımızı tələb edən vaxt Sevda Məmmədovanın aqressiv, özündən razı danışığı onu göstərir ki, bu kadr yerində deyil. Birbaşa Prezident siyasətinin əleyhinədir. Sevda Məmmədova ölkə başçısına sadiq məmur olsaydı, cənab İlham Əliyevin dediklərini xatırlayardı. O, həmişə məmurların diqqətinə çatdırır ki, “Məmur hər bir vətəndaşın xidmətçisidir. Onlarla insani şəkildə davranmaq, humanistcəsinə yanaşmaq lazımdır”. Lakin, Sevda Məmmədovanın tabeçiliyində olan tibb bacılarını “əzməsi” düzgün qiymətləndirilmir. Daha sonra yazıda qeyd edildiyi kimi, Sevda Məmmədovanın adaşı, Qazax Səhiyyə İşçiləri Həmkarlar Komitəsinin sədri Sevda Həsənovanın heç də “az aşın duzu olmaması” bildirilir. Uzun illərdi həm baş tibb bacısı, həm də həmkarın sədri işləyən Sevda Həsənova adaşı ilə bir ailə kimidilər. Bu da korrupsiyanın başqa bir formasıdır. Bu qadın yüksək əməkhaqqı ilə kifayətlənməyərək, həmkarlar təşkilatına yığılan dövlət vəsaitini də cızmaqara protokollarla silib, dağıdır.Özlərinə yaxın tibb personalına yardımlar edir. İmkansızlar isə boynubükük olaraq qalmaqdadır. Sevda Məmmədova ilə Sevda Həsənova arasında olan münasibətlərin də görünməyən tərəflərinin olduğu da bildirilir.


P.S. Qeyd edək ki, Qazax Mərkəzi Xəstəxanasından verilən məlumata görə xəstəxana istifadəyə verilsə də burada nə telefon işləyir, nə də intenet. Bunun nə üçün olmadığını dəqiqləşdirmək üçün aidiyyəti yerlərlə əlaqə saxlamaq istəsək də, hələlik hec bir nəticə əlıdə edə bilmədik.Maraqlıdır, Dünyanı bürüyən (Kovid-19) pandemiyası dövründə Qazax Rayon Mərkəzi Xəstəxanasında niyə telefon işləmir, internet yoxdur? Qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.



Zaur Vəliyev
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov