Xəbər lenti



Səttar Mehbalıyev; “Bu mərkəz dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının
daha bir g
östəricisidir”

-----------------------------------------------------------------------------------

Öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin layiqli müdafiəçisi olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi onların müalicə və istirahətinin təşkil edilməsini daim diqqət mərkəzində saxlayır. İttifaq üzvlərinin istirahətinin məzmunlu təşkil olunması Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə atılan addımların nəticəsi olaraq hər il müxtəlif sanatoriya, istirahət evi və turist bazalarına yollayışlar alınaraq sifarişlər əsasında üzv təşkilatlar arasında bölüşdürülür. Həmin yollayışlar ehtiyacı olan ittifaq üzvlərinə verilir. Bu da, təbii ki, üzvlər tərəfindən rəğbətlə qarşılanır və onların növbəti dərs ilində daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul rolunu oynayır.



Bu işdə ATİAHİ Respublika Komitəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hərtərəfli yardım göstərilir, ittifaq üzvləri AHİK-in mərkəzləşdirilmiş şəkildə ayırdığı yollayışlardan yararlanır.Qeyd edək ki,bu istirahət mərkəzinə üz tutan ittifaq üzvləri burada yaradılan şəraitə görə  AHİK-in və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevə  öz minnətdarlıqlarını bildirir və mərkəzin acılışında etdiyi cıxışı zamanı dediyi bir cümləni daima xatırlayırlar. “Bu mərkəz dövlətimizin təhsil işçilərinə diqqət və qayğısının daha bir göstəricisidir”.

Hər il daha artıq sayda ittifaq üzvünün istirahətinin təşkili məqsədilə ATİAHİ Respublika Komitəsi tərəfindən 2007-ci ildə Xaçmaz rayonunun Nabran qəsəbəsində müasir standartlara cavab verən istirahət kompleksinin inşa olunmasına qərar verilib. 2013-cü ilin iyun ayında «Təhsil» istirahət kompleksi ittifaq üzvlərinin ixtiyarına verilib. İstirahət kompleksinin yerləşdiyi ərazinin həcmi ümumilikdə 10 hektardan artıqdır. Buraya üçmərtəbəli sanatoriya binası, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı üzgüçülük hovuzları və digər tikililər daxildir.



Burada eyni vaxtda 270 nəfərin istirahət etməsi mümkündür. ATİAHİ Respublika Komitəsinin inşa etdirdiyi istirahət kompleksinin yerləşdiyi ərazi təbiəti baxımından da zəngindir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunmuş istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün daha əlverişli məkana çevirir.

Mərkəzin ərazisində istifadə üçün iki hovuz inşa olunmuşdur. Hovuzlardan biri qapalı, digəri isə açıqdır. Soyunub-geyinmə kabinetləri, duşxanalar quraşdırılmışdır. Açıq hovuzun ətrafında qoyulmuş skamyalar günəş vannası qəbul etməkdən ötrü nəzərdə tutulmuşdur. Hovuzların suyu qrafikə uyğun müntəzəm dəyişdirilir. Tikililərin korroziyaya uğramasının qarşısını almaq üçün hər mövsüm ərəfəsində təmir işləri aparılır. Ərazinin yaşıllığı artırılır. Abadlığa xüsusi diqqət yetirilir. Zövqlə düzəldilmiş kölgəliklər, cərgə ilə qoyulmuş oturacaqlar, plitə döşənmiş cığırlar, yolların kənarında əkilmiş gül kolları zövq oxşayır.



İdman qurğuları günün bütün saatlarında azarkeşlə dolu olur. Mərkəzdə kifayət qədər çeşidli əyləncə və idman proqramları hazırlanıb reallaşdırılır. Tədbirlər proqramı hazırlanarkən kontingentinin zövqü, tələbləri nəzərə alınır. Bu tədbirlər içərisində bölgəyə ekskursiyalar xüsusi yer tutur. Üzvlərdən ibarət qrupunun dincəldiyi müddətdə Xaçmazın və ətraf rayonların tarixi, görməli yerlərinə gəzintilər təşkil edilir. Bütün bunlar mərkəzin avtobusları ilə həyata kecirilir.

Axşamlar gənclər mərkəzin diskoteka zalına toplaşırlar. Gün ərzində isə mərkəzdə Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın əsərləri səslənir.

Daxili telefon şəbəkəsi istirahət edənlərin əlaqə saxlamağını asanlaşdırır. Rəhbərliyə də sözlərini, istəklərini, problemlərini daxili telefon vasitəsilə bildirirlər. Otaqlar geniş və təmirlidir. Gündəlik tələbat avadanlıqları ilə təchiz olunublar. Mebellər təzə və rahatdır. Hər bir otaqda kondisioner, televizor var. Mobil telefonlarla internetə girmək mümkündür. Dənizə nəqliyyat vasitələri ilə gedişlər təmin olunur.

Bir çox təhsil işçiləri burada ailəsi ilə birlikdə dincəlir. Şərait də istənilən xarici ölkədə olduğundan artıqdır. Yeməklərin keyfiyyətinə xüsusi diqqət yetirilir.



Şübhə yoxdur ki, həmişə olduğu kimi bu il də "Təhsil" istirahət mərkəzində göstərilən xidmət yetişməkdə olan nəsli təlim-tərbiyəyə yiyələndirən müəllimlər tərəfindən rəğbətlə qarşılanacaq və onların növbəti dərs ilində daha səmərəli fəaliyyət göstərə bilmələri üçün stimul rolunu oynayacaq.

Sonda onu da qeyd edim ki, «Təhsil» İstirahət Mərkəzində yaradılan şəraitə və mərkəzi daima diqqətdə saxladığına görə bütün təhsil işciləri bir daha AHİK-in və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevə təşəkkürlərini bildirirlər.

Zaur Vəliyev

 

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov