Xəbər lenti

Ağcabədi rayonunun icra başçısının xidməti avtomobili ilə bağlı maraqlı məqam ortaya çıxıb.

bizimaz.az Təqdim olunan fotodan da göründüyü kimi, bu avtomobil BMV markalıdır və bütün icra hakimiyyəti başçılarının xidməti maşını kimi, AA-001 seriyası daşıyır. Lakin radarlardakı informasiyada avtomobilin markası BMV yox, VAZ-21214 kimi göstərilir. VAZ-21214 isə hamımızın tanıdığı NİVA-dır. Yəni belə çıxır ki, icra başçısının xidməti maşını BMV olduğu halda, BDYP-nin sistemində NİVA kimi qeydiyyatdan keçirilib. Yaxud da, NİVA markalı avtomobilə aid olan dövlət qediyyat nişanı BMV-yə vurulub ki, bu da inandırıcı görünmür. Çünki bütün AA-001 seriyaları yalnız başçıların xidməti avtomobillərinə aiddir, Agcəbədinin icra başçısının istifadəsinə NİVA avtomobilinin verilməsi isə inandırıcı deyil. Üçüncü variant da odur ki, BDYP-nin radar sistemində texniki səhv var. Ancaq bu da mümkünsüz görünür, ən azı ona görə ki, əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdir icra başçısı Şahin Məmmədov məhz bu avtomobildən istifadə edir və bir icra başçısına aid nəqliyyat vasitəsinin yol polisinin qeydiyat sistemində təsadüfən səhv göstərilməsi inandırıcı deyil.

radar

Bəs başçının avtomobilinin radarlarda NİVA kimi qeyd edilməsinin səbəbi nədir?Bildiyiniz kimi, qanunla AA seriyalı avtomobillər polis və xüsusi dövlət mühafizə xidmətinin müşaiyəti istisna olmaqla, digər hallarda hərəkət iştirakçısı qismində hər hansı xüsusi imtiyaza malik olmurlar. Ancaq təəssüf ki, Azərbaycan reallığında yol polisi əksər hallarda bu seriyadan olan nəqliyyat vasitələrinə “xüsusi” münasibət göstərir. Xüsusilə də həmin seriya hansısa rayonun icra başçısına aiddirsə, yol hərəkəti qaydaları onlar üçün qüvvədən düşmüş olur. Ancaq radarlar YPX əməkdaşlarından fərqli olaraq, AA seriyasının imtiyazlı sahiblərinə bu münasibəti göstərə bilmirlər və qayda pozuntusunu dərhal qeydə alırlar ki, bu da “ağ adamlara” problem yaradır.

Bu səbəbdən vəzifə, qohum-əqrəba, əlaqələr və s. kimi anlayışları tanımayan radar adlı “mərdimazar”dan qurtulmağın müxtəlif yolları axtarılır. Böyük ehtimalla, haqqında söhbət açdığımız bu halda da söhbət qayda pozuntularına görə cəzadan yayınmaq məqsədindən gedə bilər. Çünki belədə qayda pozuntusunun texniki cəhətdən qeydə alınmasında və protokol tərtibində problem yaranır, səhvə yol verilmiş olur. Axı reallıqda 04-AA-001 qeydiyyat nişanlı NİVA avtomobili mövcud deyil. Bəs belədə protokol hara, hansı avtomobilə göndərilir?

Əlbəttə ki, bu xətanın məqsədli şəkildə edildiyini sübut edəcək faktlara malik deyilik və bunu birmənalı iddia etməkdən uzağıq. Ancaq xatırladaq ki, mətbuatda polisin Ağcabədinin icra başçısına xüsusi münasibət göstərməsi və hətta Şahin Məmmədovun evinin qarşısında polis postu qoydurduğu barədə də məlumatlar dərc edilib…

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov