Xəbər lenti



Xalqın gözü tərəzidir

“ATV”  kanalında gedən “Maşın Şou” verlişinə baxırsınızmı?

Bu sualla müraciyət etdiyimiz vətəndaşların demək olar ki, əksəriyyəti  hə-cavabı verdi və cox maraqlı açıqlamaları ilə bizi bir az da təəccübləndirdilər.

“ATV”  kanalında gedən “Maşın Şou ilə bizi bir az da təəccübləndirdilər. Tanınmış şomen Murad Dadaşovun  təşkilatçılığı və aparıcılığı  ilə ərsəyə gələn bu veriliş  başladığı gündən, ta final gecəsinə kimi o qədər  maraqlı, gərgin və dramatik keçir ki, bəzən nəinki iştirakçılar,  hətta tamaşaçılar belə  emosiyalarını gizlədə bilmirlər.

Əslində “Maşın Şou” bir oyundur. Murad  Dadaşov cəmiyyətdə kifayət qədər tanınmış sənət adamlarını bir maşın ətrafına  toplayır və onlar təxminən bir aya yaxın çoxsaylı tamaşaçıların  gözü qarşısında finala qədər dəridən-qabıqdan çıxır.

Əlbətdə, bu şou bir oyundur. İştirakçılar çalışırlar ki, qalib olsunlar,” Nurgun Motor”sun təklif etdiyi bu yaraşıqlı və gözəl maşına  sahib çıxsınlar.




Məqsədlərinə çatmaq üçün oyunçular bəzən etik normalara  uyğun olmayan üsullara  əl atırlar, ayrı-ayrı  qruplaşmalarda birləşirlər, güclü rəqiblərini çıxarmaq üçün müxtəlif  yollara əl atırlar.

Hadisələrin gedişatı, ötən  “Maşın Şou”da baş verənlər onu göstərir ki, həyat təcrübəsi çox olan, psixoloji cəhətdən  hazırlıqlı olan, bir az da dəqiq desək, biclik, hiyləgərlik tərəfləri güclü olan oyunçu finala  qalır.

Finalda isə  yuxarıda sadaladıqlarımızın heç biri kara gəlmir. Kim güclüdürsə, dözümlüdürsə o da qalib olur.

Yuxarıda qeyd etdik ki, bu bir realiti şoudur və hər bir iştirakçı  öz oyununu  oynayır, amma uzun zaman ərzində “Maşın Şou” iştirakçılarının hər bir  hərəkətini  izləyən, onların  şəxsi  həyatları barədə müfəssəl məlumatı olan tamaşaçılar  da var ki, onlar heç də hər bir “Maşın Şou” iştirakçısı haqqında birmənalı düşünmürlər.

Məsələn, maşın realiti şousunda elə iştirakçılar var ki, onun oyunu, apardığı  mübarizə onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.

Cəmiyyətdə tutduğu mövqeydən istifadə edərək başqalarının həyatına müdaxilə edən, ev yıxan, ev dağıdan birisi maşın şouda  özünü elə  göstərir ki, sanki mələkdir.

Bax, həmin “Maşın Şou”  iştirakçıları arasında elələri var ki, mənsəb, maddiyyat  xatirinə  ağılagəlməz  hərəkətlər edir, cavan, yenicə ailə həyatı qurmuşları öz məkrli torlarına  salıb, onların ailələrinin dağıdılmasına bais olurlar. Onların apardıqları mübarizə isə əslində real həyatı əks etdirir.

Nəysə, kecək dünən “Maşın Şou”dakı “Mama”,”Papa” ittifaqının cökməsinə. Dünən iştirakçılardan biri Hüseyn Əzizoğlunun “mənim mamamdı”adlandırdığı  Roza Zərgərli ilə birləşib Abbas Bağırovu şoudan kənarlaşdırmaq haqqında hamını şoka salacaq oyun oynaması tamaşaçıların əksəriyyətini hiddətləndirdi. Gənc Hüseyin Əzizoğlunun şouda  Roza Zərgərli tərəfindən necə tora düşməsi və onun diqtəsi ilə hərəkət etməsi bütün tamaşaçılar tərəfindən ikrahla qarşılandı. Oyun zamanı hədəfinin Pərvin Abıyevanın olduğunu açıqlayan Əzizoğlunun son andakı qərarı bir daha göstərdi ki, bu gənc də təsir altındadır.

Əslində Hüseyin Əzizoğlunun “maması” özünü son ana qədər maşın ətrafında elə aparırdı ki, sanki dünyanın ən saf, ən pak, ən müqəddəs adamıdır.

Bir az diqqətcil tamaşaçı Roza Zərgərlinin oyun zamanı donnan-dona girməyini, süni gülüşünü, hiyləgər baxışlarını, bu baxışlar altında nələr yatdığını görə bilərlər. Onu yaxından tanıyanlar isə  Roza xanımın hansı  oyunu oynadığını yaxşı bilir.

Bu yerdə bir məsələyə də aydınlıq gətirmək istəyirik. Gözəl aparıcılıq qabiliyyəti, şirin diksiyası olan şomen Murad  Dadaşovun gücünə  ərsəyə gələn  bu maşın  realiti şousu  zamanı sevimli şoumenimizi iştirakçıların şəxsi  həyatı maraqlandırmır. Maraqlandırsa da elə bir ciddi önəm kəsb etmir.

Bu baxımda  biz artıq 15 ildir ki, reytinqini qoruyub saxlayan, gündəmdən düşməyən, kifayət qədər tamaşaçı sayı  toplayan maşın realiti şousuna kölgə salmaq fikrində deyilik.

Amma bir həqiqəti də danmaq olmaz ki, tamaşaçı gözü  ən dəqiq mizap-tərəzidir. Şouda, maşın ətrafında özünü necə aparırsan apar, naqis hərəkətlərini  nə qədər ört-basdır edirsən et, pis əməllərin səni yaxından tanıyanların  qəlbindən silinməyəcək. Dağıtdığın, gözüyaşlı qoyduğun ailələrin ah-naləsi bir gün səni tutacaq.

Sən  qalib olarsan, Gözə gül üfürməklə yaxşı insanlar cərgəsinə soxula bilərsən. Amma unutma ki, bu müvəqqətidir. Əvvəl-axır əməllərinin cəzasını çəkəcəksən.

Bu cəzanın kimlər  tərəfindən verilməsinin də fərqi yoxdur. Təki cəza olsun...

Ən böyük  cəzanı isə Allah verir.

 

Afət İlkinli



14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov