Xəbər lenti

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib.

bizimaz.az Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin “erməni komandanlığının icazəsi ilə baş verdiyini” iddia edib.

Ovanisyan bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə “mane olmamağı” istəyib. Və guya erməni tərəfi Azərbaycan tərəfdən ilk dəfə belə müraciət edildiyini nəzərə alaraq humanitar normaları əsas tutaraq müraciətə müsbət cavab verib. Ovanisyana görə Azərbaycan tərəfi daha sonra həmin kadrları Naxçıvanda 11 min hektar ərazinin azad edilməsi kimi təbliğat məqsədi ilə istifadə edib.

Bu iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir. “Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz Azərbaycan ictimaiyyətini düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”-Müdafiə Nazirliyindən armiya.az saytına bildirilib.

Xatırladaq ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi Azərbaycan ordusu mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutub. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. Habelə Ermənistanın Areni kəndi ordumuzun nəzarəti altında qalıb, o cümlədən Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb.

14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov