Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının komandası məktəbləri kabinetlərindən idarə edirlər
Qazax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyan Nizaməddin Babanlı harada işləyibsə kimlərəsə zəif, aciz kadr kimi görünüb.Və həmişə özünə yaxşı olub. Əslində belə adamlar həyatda daha qorxulu olurlar. Yalandan söz verib əməl etmir, kimlərəsə badalaq qurmaqda pərgar olur, stolu yalandan zəbt edir, dövlətin mənafeyindən çox öz şəxsi mənafeyini güdür. Belə kadrlarda harada işləyibsə həmin sahəni ölü bir vəziyyətə salıblar.
Bu yaxınlarda Qazaxda təhsil sistemində apardığımız xırda bir araşdırma onu göstərdi ki, rayonun məktəblərində vəziyyət, nizam-intizam bərbad gündədi. Nizaməddin Babanlı, necə deyərlər “başının çibinini qoruyur”. Yenə də müəllimlər hər maaş alan kimi direktorların siyahısında adlarının qabağına üstəgələk qoydurur, üstəlik “xeyirə xərcləyin ifadələri” də işlədirlər. Guya Qazaxdakı məktəblərdən rahat şəkildə yığılan pullardan Nizaməddin Babanlının və ya digərlərinin xəbəri yoxdu?
Bu günlərdə Qazaxın Xanlıqlar kənd tam orta məktəbində baş verən hadisə də rayon ictimayyəti, ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Məktəbin direktoru Şofiq Qədimov Nizaməddin Babanlı kimisinin bəlkə də səriştəsizliyindən istifadə edərək paytaxtda var-gəl edən bir şagirdin adını 8 ildir sinif jurnalına yazdırıb. Adı var, özü yox şagird Bakıda cinayət hadisəsi törətdikdən sonra məsələnin üstünü hüqüq-mühafizə orqanları açıb. Nəticədə, işi hələlik Şofiq Qədimovu vəzifədən uzaqlaşdırılmaqla müvəqqəti bağlayıblar. İndi rayonda hamını düşündürən bir məslələ də var ki, təhsil şöbəsində hər gün məktəbləri yoxlayan müfəttişlər görəsən hara baxıblar? Necə ola bilər ki, dərsə gəlməyən bir şagirdin adını məktəb direktoru 8 il rayon təhsil şöbəsindən gizli saxlaya bilib?
Son nəticədə Nizaməddin Babanlı və rəhbərlik etdiyi şöbənin müvafiq cavabdehləri nə üçün səhlənkarlıqlarına görə cəzalarını almayıblar? Aldığımız məlumata görə Nizaməddin Babanlı kimya sahəsi üzrə elmlər namizədidir. Qazaxda böyük bir müəllim ordusunun bəlkə də belə namizədə ehtiyacı yoxdur. Çünki məktəb direktorları məktəblərdə öz bildiklərini edirsə, Nizaməddin müəllim kimə və nəyə lazımdır? Artıq “xəstə dissertasiyalara” da ehtiyac duyulmur. Özü də Nizaməddin Babanlı kimilərinin timsalında.
P.S. Rayonda olarkən baş vermiş hadisəni araşdırmaq məqsədi ilə Nizaməddin Babanlı ilə görüşdük. Təhsil şöbəsinin müdiri suallarımızı dinlədikdən sonra bildirdi ki, hamısı cəzalarını alacaqlar. Bəs Siz hansı cəza alacaqsınız sualına Babanlı əsəbləşərək belə cavab verdi.
- Mənim nə günahım var. Bu işdən mənim xəbərim olmayıb. Olanlar da cəzalarını alacaqlar.
Maraqlı cavabdır elə deyilmi, rayon mərkəzindən 7 kilometr aralı Xanlıqlar kəndində 8 il məktəbdə “ölü can” – şagirdin adı dərs jurnalına yazılır, amma Təhsil Şöbəsinin müdiri deyir ki, mənim nə günahım var?
Rayonda olan zaman öyrəndik ki, son illər Qazax rayon icra hakimiyyətinin başcısı Rəcəb Babaşovun rəhbərliyi ilə bir sıra uğurlara imza atılıb. Rayon ictimayyəti, sakinlər bu uğurlardan fəxarət hissi ilə danışırlar.( bu barədə gələn sayımızda)
Amma bu uğurlara hələ də kölgə salanlar iş başındadır.Rayon ictimayyəti elə bu sahələrdən biri olan Təhsil Şöbəsindən danışdılar.
Ətraflı gələn sayımızda.
Zaur Vəliyev