Bizimaz.az təqdim edir:
Yeganə övladım olan
qızım Günaya itihaf edirəm.
Canımdan ayrılam canım
Damarımdan axan qanım.
Xoşbəxt etsin səni Tanrım
Azəl-axır bircə dənəm
Sənə təkcə yanan mənəm.
Sən mənim ruhum, nəfəsim.
Sən ömrüm, günüm, həvəsim.
Səndən başqa yox bir kəsim,
Varım, yoxum, bircə dənəm
Sənə yanan mənəm, mənəm.
Sən mənim arzum, diləyim
Canım, varlığım, ürəyim-
Mənim ağıllı mələyim
Varım, yoxum, bircə dənəm,
Sənə yanan mənəm, mənəm
Sən Allahdan övlad payım
Ömrüm-günüm ilim, ayım.
Gözəllikdə yoxdur tayın-
Sevimli qızım Günayım.
Xoşbəxt yaşa bircə dənəm.
Sənə yanan bircə mənəm.
Unudulmaz Öndərimiz
Heydər Əliyevin Əziz Xatirəsinə
Öndərimizdir
İlin xoş çağında anadan olan
Soyası, varlığı haqqdan yoğrulan.
Xalqların qəlbinə sevinc tək dolan
Bizim Heydər adlı Öndərimizdir.
Həyatı keçsədə qorxulu, acı
Bəlalı keçsədə əyilməz başı,
Bütün millətlərin dostu, sirdaşı
Bizim Öndər adlı Heydərimizdir.
Gerçək arzuları sel kimi daşan,
Sülhə doğru bağlı qapılar açan,
Hər ömrə, taleyə, nur, işıq saçan-
Xalqın xilaskarı, rəhbərimizdir.
O, zülümkarları yerindən yıxan
Azəri xalqına, vəfalı çıxan..
Ellərdə dostluğun, əlini sıxan-
Elin igdidarı, rəhbərimizdir.
O, düşmən qarşı kinli, nifrətli
Siyasətçi kimi dünya şöhrətli.
Doğma millətinə saf məhəbbətli,
Bizim Heydər adlı, Öndərimizdir.
Mənalı həyatı, işıqlı, nurlu
Xalqıyla getdiyi, yolu uğurlu.
Sınaqlardan keçən yolu uğurlu-
Bizim Heydər adlı Öndərimizdir.
Haqqa məhəbbəti sonsuz, bir dəniz
Varlığı, vicdanı, günəşdən təmiz.
Tutduğu yolundan, dönməz, mübariz-
Bizim Heydər adlı Öndərimizdir.
Özünü ellərə pənah gətirən
Fikri, düşüncəsi, günəş ilə tən.
İlhamı ölkəyə rəhbər yetirən-
Bizim Öndər adlı Heydərimizdir.
Qayıdıb yenidən dövləti quran
Vətən xainləri gözündən vuran.
Xalqın arxasında, dağ kimi duran-
Bu gün oğlu İlham bizə əzizdir.
Bütün ölkələri dolaşan, gəzən
Ağıllı rəhbər tək, xalqı cəlb edən.
Dünya tarixinə həkk olub gedən-
Bizim unudulmaz Öndərimizdir.
Azərbaycan əsgəri.
Qurbanam ayağına,
Basdığın torpağına.
Gəlim xoş sorağına,
Azərbaycan əsgəri.
Səsin Şuşadan gəlsin-
Ayağınla dön geri.
Çörəyini unudub
Qonşun yaman qudurub.
Sən ona divan tutub,
Yarağınla dön geri.
Baş əymə yada qəti-
Azərbaycan əsgəri.
Mərdisən yurdumuzun
Qüdrətli ordumuzun.
Dərsini ver quduzun-
Azərbaycan əsgəri.
Düşmənin söndürdüyü-
Çırağınla dön geri.
Qorxu nədir bilməyən,
Yuxu nədir bilməyən,
Eşqi, varlığı vətən,
Azərbaycan əsgər.
Bir gün geri alası,
Torpağınla dön geri.
Anadan igid olan,
Vətənçün şəhid olan.
Cəsarətdən yoğrulan,
Azərbaycan əsgəri.
Davadan xoş sədalı,
Sorağınla dön geri.
Qarabağın sənindir
O, sənin məskənindir.
Vətəndir, sevənindir,
Azərbaycan əsgəri.
Şuşaya üç rəngli-
Bayrağınla dön geri.
Müəllifi, Azərbaycan Yazıçıları, və Dünya Azərbaycanlıları Birliyinin daimi üzvü, qızıl qələm kimi, saysız-hesabsız Mediya fəxri mükafatlarının lauriyyatı, və “Bağban məni yaralama” kimi 70 dən artıq dillər əzbəri olan mahnılarının müəllifi Nəğməkar Şairə-Şərafət Dağıstanlı.
2016-cı il