Xəbər lenti




Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin may ayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bildirmişdir ki, Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. 

 

Prezident çıxışında daha sonra qeyd edib ki, qanunsuz tikinti işləri aparılır, sonra da bu tikililər qanunsuz sənədləşdirilir: "Yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşnalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verir".

İlham ƏIiyev bildirib ki, bir kiçik bina belə icazəsiz tikiləbilməz: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxardılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, məsuliyyət olmalıdır".


Yəqin ki, ölkə başçısının bu çıxışını unutmamısınız. O vaxt Prezidentin dedikləri bir cox məmurları vəlvələyə saldı. Coxları bu çıxışdan sonra etdikləri qanunsuzluqlıarı necə ört-basdır edəcəyinin yollarını axtarır, əl-ayağa düşüb səhvlərini düzəltməyə calışırdılar.... 

Məlim faciədən bizi iki ildən artıq vaxt aylrlr. Uzun illər kecsədə məmur səhlənkarlığı ucbatından baş vermiş bu  faciənin yarası daim qəlbimizi göynədəcək. Düzdür, səbəbkarlar cəzalarını aldılar, amma nə fayda. İnsan təlafatı ilə nəticələnən bu faciədə dünyalarını dəyişmiş insanlar, ən cox da məktəbli və azyaşlı balaların şəkilləri hec vaxt yaddaşlardan silinməyəcək.

 Bu illər ərzində ölkə başçısının dediklərindən məmurlar necə nəticə çıxardılar? İndi bu suala cavab vermək bir az cətin məsələdir. Cünki son illərin sosial cətinlikləri belə məsələləri deyəsən arxa plana keçirib. Əgər belə olmasaydı ustundən iki ilə yaxın vaxt keçmiş bir faciə belə tez unudulmazdır.

Redaksiyamızın poçtuna daxil olmuş bir xəbər bizi yenidən bu mövzuya qayıtmağa məcbur etdi. Dünyanı bürümüş qlobal iqtisadi böhrandan istifadə edən bəzi “işbazlar” sən demə fürsət gözləyirmişlər. Aldığımız məlumatda göstərilir ki, Şamaxı bələdiyyəsinin rəhbərliyi nə paytaxtda baş verən məlum faciədən ,nədə ki,  ölkə başçısının mövzu ilə bağlı məlum çıxışından xəbərləri yoxdur. Əgər belə olmasaydı bələdiyyənin kollektivi rayonun ən stratejli torpaqlarını hərraca çıxartmazdılar. Ən azından o dövrdəki məlum çıxışı unudan bələdiyyə sədri hətta yuksək gərginlikli işıq dirəklərinin altını yaşayış ucun yararlı sayıb savadsız əhaliyə satmazdı. Cox təəssüf ki, Şamaxı bələdiyyəsinin sədri və onun uzvləri  ölkə başçısının həmin çıxışın tez bir zamanda unudanlardan oldular. Belə desək dövlət başçısının çıxışını qulaq ardına vurdular.

Regionların inkişafı dövlətimizin daima diqqət mərkəzində olması Şamaxı bələdiyyəsinin işini xeyli yüngülləşdirib. Bələdiyyə başqanı bu inkişafı əsas məsələ hesab edərək rayonu 48a yaşayış massivində yuksək gərginlikli elektrik xətlərinin altında yaşayış evlərinin kütləvi şəkildə tikilməsinə hətta icazə verib.

Bu məsələ ilə bağlı əməkdaşımız rayonda sakinlərlə görüşüb onların dərdlərini dinləyib. Əməkdaşımızla söhbət zamanı onlar bildiriblər ki,bu ərazini bələdiyyənin işçisi Cəbrayıl müəllim onlara satıb. Və indi də məlum olub ki,bu ərazilər satıla bilməz. Ona görə də  pul verib aldıqları torpağa sənəd verilmir;

-Bir vaxtlar buralar paylananda deyirdilər ki, işıq dirəkləri götürüləcək. Amma sonra məlum oldu ki, 10 000 VT –luq elektrik nəql edən dirəklərinin götürülməsi mümkün deyil. Hələ buradan 30 000VT elektrik nəql edən dirəkləri görürsünüz?.Nə yaxşı ki, bu işləmir. Yoxsa bizim həyatımız məhv olardı;

Sakinlər daha sonra qeyd etdilər ki, dəfələrlə aidiyyatı orqanlara şikayət etmişik. Amma bələdiyyədən deyiblər ki, narahat olmayın, sizin məsələniz həll olunacaq. Amma nə vaxt, demirlər.Əgər onlar bu təhlükəli ərazini bizə satmasaydılar və yalan vəd verməsəydilər başqa ərazidə yurd yeri salardıq.

Mövzu ilə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, yuxarıda adı cəkilən Cəbrayıl müəllim Samaxı bələdiyyəsində mühəndis vəzifəsində çalışır. Və rayonda bütün torpaq məsələsinə, əsasəndə alqı-satqı işinə bu şəxs baxır. Rayon bələdiyyəsinin sədri Mürvət Zeynalov uzun illər bu vəzifədə çalışsa da, bələdiyyədə əsas söz sahibi Cədrayıl müəllimdir.

Maraqlıdır, dövlət başçısı bu mövzunun nə qədər əhəmiyyət kəsb etdiyini məlum çıxışında bildirsədə, Şamaxı bələdiyyəsi, xüsusəndə Cədrayıl müəllim bunu niyə qulaq ardına vurur? İnsanların bu cür həyatı ilə oynamaq, onları aldadıb öz məkrli planlarını həyata kecirməklə onlara təhlükəli zonada yurd yeri satmaqda məqsədləri nədir? Ola bilər ki, Şamaxı bələdiyyəsinin sədri və yaxud mühəndisi suallarımıza özlərinə məxsus şəkildə cavab verə bilərlər. Amma “Qanunun şah, şahın qanun”olmadığını gərək unutmayaydılar.

Yəqin ki, müvafiq orqanlar bu suallara dəqiq cavab tapa biləcəklər.

Zaur Vəliyev

                                          

 




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov