“Hazırda bütün dünyada yüklərin təqribən 90 faizi məhz dəniz yolu ilə daşınır. Qurur hissi ilə deyə bilərik ki, Azərbaycanın sürətli inkişafında da dənizçilərin xüsusi əməyi var. Belə ki, dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Dünya sularında Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz isə daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafına töhfələr verirlər”.
Bu sözləri Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev AHİK-in təşkilatçılığı ilə avqustun 2-də keçirilən məcburi əməklə bağlı beynəlxalq seminarla bağlı KİV-ə verdiyi açıqlamada deyib. Qocaman dənizçinin sözlərinə görə, istər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində, istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafı xüsusi diqqətdə saxlanılıb: “Demək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illər ölkəmizdə dənizçiliyin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur. Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da 25 iyun “Dənizçi Günü” peşə bayramı təsis olunub və artıq 8 ildir ki, ölkəmizdə də dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Azərbaycan dünyanın 170 dövlətinin qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvüdür. Ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir”. Səməd Allahverdiyev seminarla bağlı vurğulayıb ki, AHİK və onun üzv təşkilatları sosial tərəfdaşlarla birgə icbari əmək riski barədə ictimaiyyətin məlumatlandırılması, qeyri-qanuni miqrantların alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin edilməsi, işçilərin öz hüquqları və sərt qanunların həyata keçirilməsi ilə əlaqədar maarifləndirilməsi istiqamətində işlərin aparılmasını planlaşdırırlar ki, bütün bunlar icbari əməyin ləğvinə nail olmaq imkanlarını artırır. Səməd Allahverdiyev söhbətində öz ömür kitabını belə səhifələyib: “Mən çox xoşbəxtəm ki, ömrümün 40 ildən çoxunu dənizçiliyə həsr etmişəm, dənizçilərlə bir yerdə olmuşam. Bakı Dənizçilik Məktəbi var idi, sənədlərimi verdim ora, qəbul olundium. İşləyə-işləyə həmin gəmi sürücülüyü fakültəsinə daxil oldum və təhsilimi davam etdirə-etdirə gəmi sürücüsü – kapitan vəzifəsinə yüksəldim. 1993-cü ilin martına kimi kapitan vəzifəısindıə çalışdım. 1993-cü ilin mart ayının 10-da Həmkarlar təşkilatına sədr seçildim. Həmkarlar təşkilatı işçilərin hüquq və ənafelətrini qoruytan, onların sosial-iqtisadi rifahını yüksəldəın bir təşkilatdır. Burdakı işçiləri öz ailəmin üzvləri hesab edir, heç bir fərq qoymuram. Hər bir insanın dərdi, səri , qayğıları ola bilər, onlara cavabdehlik daşıyıram. Hazırda bu sahədə çalışmaqdan qürur duyuram və gələcəkdə də öz nəvələrimə tövsiyə edəcəyəm ki, bu sahələrdən birində çalışsınlar”. Səməd Allahverdiyevin xidmətləri yüksək dəyərləndirilmiş, o, dövlətimiz, onun başçısı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), habelə, müxtəlif yerli və beynəlxalq xarici təşkilatlar tərəfindən fəxri adlara, orden və medallara, fəxri fərmanlara layiq görülmüş, təşəkkürnamələrə ünvan olmuşdur. Bu təltiflər sırasında 2005-ci ildə verilmiş “Tərəqqi medalı”, 2019-cu ildə verilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı, 2005-ci ildə qazandığı Dəniz və Çay limanları Kuboku, 2001-ci ildə “Veteran” Xidmət Mərkəzin tərəfindən təqdim olunan fəxri diplomu, neft sənayesi sistemində çoxillik nümunəvi əməyinə və həmkarlar ittifaqında səmərəli fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən layiq görüldüyü fəxri fərman, müxtəlif sertifikatlar və s. vardır.
Z. Vəliyev