Bu gün UNEC rektorunun kolleclər üzrə məsləhətçisi, “Riyaziyyat və statistika” kafedrasının dosenti, əməkdar müəllim Nuru Ağabala oğlu Mikayılovun 75 yaşı tamam olur.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi Nuru müəllimi 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.
Bu gün UNEC regionun ən güclü universitetlərindən birinə çevrilməkdədir. UNEC-də aparılan uğurlu islahatların, tətbiq olunan yeni innovasiya və qabaqcıl texnologiyaların kolleclərin tədris prosesinə gətirilməsində Nuru müəllim öz böyük təcrübəsini əsirgəməmişdir.
Ömrünü gələcək nəslin yetişdirilməsinə və tərbiyəsinə həsr etmiş Nuru müəllimə daima kolleclərə göstərdiyi diqqət və qayğıya görə xüsusi təşəkkürümüzü bildiririk.
İnanırıq ki, Nuru müəllim hələ uzun illər Azərbaycan təhsilinin və elminin inkişafına öz dəyərli töhfələrini verəcəkdir. Doğum gününüz mübarək!
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin kollektivi adından pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov