Sabah, oktyabrın 7-də Səfər ayı başa çatır.
Bizimaz.az “Report”-a istinadən xəbər verir ki, Hicri təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günü olub.
Sentyabrın 7-də isə Məhərrəm ayı başa çatıb.
Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
Xatırladaq ki, Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn, onun ailə üzvləri və tərəfdarları Hicri təqvimi ilə 61-ci ildə Kərbəla döyüşündə öldürülüblər.