Xəbər lenti

b_500_300_16777215_00_images_xeber_sekilleri_12avqust2021_elan_tezzze333.jpg

 

Azərbaycan Dövlət Aqrar Universitetində(ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması layihəsi” çərçivəsində aqronomluq, torpaqşünaslıq, aqrokimya, bitki mühafizəsi və zoomühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.

 

 

Layihənin məqsədi aqronomluq, torpaqşünaslıq və aqrokimya, bitki mühafizəsi və zoomühəndislik ixtisasları üzrə orta ixtisas və ya ali təhsil almış, eyni zamanda bu sahə  üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır.

Nəzərə çatdıraq ki, təkmilləşdirmə kursları ödənişsizdir. Bakı şəhəri və ətraf rayonlardan kurslarda iştirak etmək istəyənlər universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar.

Həmçinin kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Müraciət üçün son tarix: 21 avqust 2021-ci il

Müraciət üçün aşağıdakı linkə daxil olun:

 https://forms.gle/2KUZzvcLzCTdXUw38

b_500_300_16777215_00_images_xeber_sekilleri_12avqust2021_Screenshot_1.pngb_500_300_16777215_00_images_xeber_sekilleri_12avqust2021_Screenshot_2.pngb_500_300_16777215_00_images_xeber_sekilleri_12avqust2021_Screenshot_3.png
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov