Xəbər lenti



ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları davam edir.

Proqram çərçivəsində iştirakçılar ADAU-nun Meyvə bağları, Heyvandarlıq kompleksləri, Tədris-təcrübə təsərrüfatı, Heyvan kəsim sexi, Baytarlıq klinikası, Maşın-traktor parkı və Suni mayalanma tədrsi mərkəzində və digər yerlərdə qeyd olunan sahələr üzrə kurslara cəlb olunurlar.

Kurslarda heyvanların bəslənməsi, yetişdirilməsi, cərrahi əməliyyatlar, quşçuluq və digər sahələrdə müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat işlərinin aparılması, müasir diaqnostika və müalicə - profilaktika tədbirləri, bağlarda aqrotexniki qulluq, xəstəlik və zərərvericilərlə mübarizə və s. mövzular iştiraklara praktiki formada çatdırılır.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov