Qarabağ münaqişəsi artıq geridə qalıb. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etməklə haqqın, ədalətin bərqərar edildiyini bütün dünyaya göstərmiş oldu.
Lakin ermənilər yenə də dinc dayanmır. Terror, soyqırım, başqalarının torpağını işğal etmək, digər xalqların mədəniyyətini, incəsənətini, adət-ənələrini oğurlayaraq özününkiləşdirmək erməni streotipinin bariz nümunəsidir. Bu gün biz bu cür şərəfsiz düşmənlə üz-üzə dayanmışıq. Hər cür iyrəncliklərə əl atan Ermənistan mülki əhaliyə qarşı terror aktı törətməkdədir. Bütün bunlar Ermənistan üçün heç bir hüququn, o cümlədən beynəlxalq humanitar hüququn keçərsiz olduğunu göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, “Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır” İyun ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən mənfur düşmənin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində basdırdığı minaya düşərək 3 nəfər həmvətənimiz həlak oldu. Həlak olanlardan ikisi jurnalist, digəri isə dövlət işçisidir.
Baş vermiş bu faciəni bütün dünyaya çatdırmaq, erməni vəhşiliyini beynəlxalq aləmdə sübüt etmək hər bir vətəndaşın borcudur. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə onu göstərir ki, Ermənistan hələ də “dəmir yumruqdan” dərsini almayıb, öz məkrli siyasətini davam etdirir. Ermənistan işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini bu gün də həyata keçirməklə istər regionda sabitliyin əngllənməsində, istərsə də mülki vətəndaşların həyatını ciddi təhlükə altında qoyur. 10 noyabrda imzalanmış razılaşmaya görə, eyni zamanda beynəlxalq qanunlara əsasən Ermənistan dövləti minalanmış ərazilərin xəritəsini Azərbaycan dövlətinə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq isə beynəlxalq hərbi cinayətdir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin. Beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir.
Təəssüflə qeyd edirik ki, heç bir beynəlxalq qurum bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymayıb. Ermənistanın bu cinayətkar əməllərinə, hüquq və qanun pozuntularına Beynəlxalq İnsan Hüquqları Təşkilatları hələ də etinasız qalır. Və təbii olaraq bu cür etinasızlıq regionda cinayət hallarının artmasına səbəb ola bilər.
Sveta Behbudova
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin metodisti