Xəbər lenti

 

 

Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) "Dövlət maliyyəsi və dövlət siyasəti" adlı kitablar hədiyyə olunub. ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberin müəllifi olduğu kitabın orijinalı Azərbaycan Beynəlxalq Bankın dəstəyi ilə TEAS Press nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Müvafiq sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara hədiyyə olaraq nəşr olunan kitab 896 səhifədən, dövlət maliyyəsinin mahiyyəti, kənar təsirlər və ictimai məhsullar, sosial sığorta və yenidən bölgü, vergiqoyma nəzəriyyə və praktikada hissələrindən ibarətdir. Nəşrlə ADAU-nun əsaslı kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompyuter otaqlarında tanış olmaq olar.

 

 

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov göstərilmiş dəstəyə görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə təşəkkürünü bildirir.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov