Tanınmış mama-ginekoloq şərəfin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı keçmiş pasiyentini məhkəmə verib.
“Yeni Sabah”ın məlumatına görə, hazırda “Caspian İnternational Hospital”da uzman işləyən Səfərova Aytən Fəxrəddin qızı Babayeva Mətanət Salman qızını onun barəsində KİV-də uydurma məlumatlar yaymaqda ittiham edərək apellyasiya şikayəti yazıb. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatına verilib.
Xatırladaq ki, Aytən Səfərova televiziya verilişlərində, əsasən də Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu “Səni axtarıram” verilişində “Nömrə 1” ginekoloq kimi reklam olunur. Pasiyentlərdə məhz onun TV-də reklamını görüb yanına gedib. Bununla bağlı Mətanət xanım ötən ilin sentyabr ayında mətbuata açıqlama verib: “Mən Babayeva Mətanət Salman qızı Aytən Səfərovanın xəstəsi olmuşam. Baku Medikal Plazada işləyəndə hər ay yanında olarkən 70 manat pul ödəyirdim. UZİ-də baxanda mənə deyirdi ki, gözəl-göyçək, sapsağlam qızın olacaq, 9 aya qədər heç bir dərman da yazmamışdı ki, ehtiyac yoxdur, uşaq tam sağlamdır. Uşağın ayın axırı doğulacağını desə də, ayın əvvəli yanına gedəndə təlaşla dedi ki, uşaq qidalanmır, uşağı tez əməliyyatla götürməliyik. 2018-ci il martın 5-də uşaq əməliyyatla dünyaya gəldi. Səhəri gün, yəni martın 6-da pediatr İlkanə xanım mənə yaxınlaşıb dedi ki, uşaq Exo olunmalıdır, həm də daun sindromuna görə şübhəliyik, yoxlanmalıdır, genetik analizlər edilməlidir, sən demə uşağın həm ürək qüsuru varmış, həm də daun sindromu ilə doğulubmuş. Ayın 7-də bacım Aytənə yaxınlaşdı ki, “ay xanım, bu nə məsələdir, bəs deyirdin uşaq tam sağlamdır, Aytən isə yenə dedi ki, “uşaq əməliyyata götürdüyüm günə kimi tam sağlam idi, elə şey ola bilməz”. Xəstəxanadan çıxanda tibb bacılarına dedim ki, “Aytəni görmək istəyirəm”, dedilər burda yoxdur. Halbuki bütün xəstələrə deyirlər ki, xəstəxanadan çıxandan 1 ay sonra yoxlanmaq üçün həkimin yanına gəlin. Sonradan bildim ki, artıq Baku Medikal Plazadan işdən çıxarılıbmış. 1 aydan sonra Aytənin yeni iş yeri olan Caspian Hospitala getdim, dedilər müayinə üçün 70 manat ödəməlisən, bidlirdim ki, hər ay Aytənin yanına gedəndə 70 manat vermişəm, indi həmin pullarımı almağa gəlmişəm. Bunu sözgəlişi dedim, çünki o mənə düzgün həkim olmadı, pullarım boşuna getmişdi. Həmin vaxt qapısının ağzında qəbul üçün növbə gözləyən xeyli adam var idi, mənim dediklərimi eşitməsinlər deyə, tez məni Aytənin yanına buraxdılar. Dedim “mənim başıma bu nə oyun idi açdın, ay Aytən? Savadın yoxdur işləmə, milləti bədbəxt eləmə”. Mənə nə desə yaxşıdır? “Uşağın ürək qüsurludur, get əməliyyat etdir.” Aytən Səfərova haqqında bir məsələni də deyim ki, yanına gedənləri ancaq keyser əməliyyatına yönəldir, deyir sən də təbii doğuş alınmaz. Reklamlar sayəsində qapısının ağzı xəstə ilə dolu olur, ancaq hər xəstəyə 2 dəqiqə ayırır, qaçhaqaçla işləyir. Son illərdə isə süni mayalanma öyrənib, indi də yanına gedənlərə deyir ki, “səndə təbii yolla uşaq olmaz, süni mayalanma edim”.
Xatırladaq ki, Aytən Səfərova ilə bağlı G.Aslanova adlı vətəndaşın da mediada şikayəti dərc olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, A.Səfərova şikayətçiyə 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib. Belə ki, Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova "Caspian İnternational Hospital"da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb. Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.
Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.