“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMINƏ!”
113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vüqar İskəndərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüşü baş tutub. Görüşdə iştirak edən YAP seçki qərargahının təbliğatçıları sakinlərə partiyanın platforması haqqında məlumat veriblər. Həmçinin YAP-ın bu dairədən olan deputatı haqqında seçiciləri məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, Vüqar İskəndərov Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi olan zaman gənclərlə bağlı həyata keçirilən dövlət siyasətini daim ən yüksək səviyyədə yerinə yetirib. Bunun nəticəsidir ki, Şəki gəncləri ölkə üzrə müxtəlif yarış və tədbirlərdə həmişə adından söz etdirməyi bacarıb. Elə sakinlər də Vüqar İskəndərov kimi namizədi dəstəkləyəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, öz ölkəsini, öz şəhərini dünyada yüksək səviyyədə təmsil edən insanların parlamentdə yer alması çox müsbət haldır.
Qeyd edək ki, görüşdə 200-ə yaxın sakin iştirak edib.