Həftənin əvvəlindən etibarən neft bahalaşmağa başlayıb.
Bizimaz.az bildir ki,bunu Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert neftin bahalaşmasını bazar iştirakçılarının pozitiv siqnallar alması ilə əlaqələndirib:
“Blumberq”, Röyter”, “Uol Strit Jurnal” artıq ad çəkmədən informasiya sızdırırlar. Bu məlumatlar qeyri-rəsmi olsa da, birjalarda müsbət rəy formalaşdırır. Hətta mənbələrdə müxtəlif həcmlər qeyd olunsa da, hasilatın daha çox 1,3 milyon barrel azaldılacağı ehtimal olunur. Bazar iştirakçılarında inamın yaranması nəticədə neftin bahalaşmasına gətirib çıxarır. Belə ki, ötən cümə neftin qiyməti 58,18 dollar idisə, həftənin əvvəllindən etibarən artmağa başlayıb”.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin bir barreli 1,5 dollar artaraq 63,2 dollara qalxıb.