Azərbaycan 2018-ci ildə 2,5 mln. ABŞ dolları dəyərində yumurta ixrac edib.
Bizimaz.az: bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
"Xaricə satış əsasən ilin əvvəlində İran və Əfqanıstan kimi ölkələrə həyata keçirilib. Amma əsas məqsəd ilk növbədə daxili tələbatı ödəmək, bundan sonra ixraca istiqamətlənməkdir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, son vaxtlar Azərbaycanda yumurta qıtlığı hiss olunur.
AZPROMO rəhbəri onu da bildirib ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanına toyuq ətinin ixracı ilə bağlı görüşlər keçirilir.
"Hazırda Azərbaycan ərəb ölkələrinə ət və ət məhsulları ixrac edir, amma bu, genişmiqyaslı deyil”, - deyə o, əlavə edib.