"Biz elə etməliyik ki, Azərbaycan buğda ilə özünü təmin etsin. Hər hansı dövlət özünün ərzaq təminatını 75 faiz təmin edirsə, bu, ölkənin təhlükəsizliyini təmin etməsi deməkdir. Təəssüf ki, bizdə bu rəqəmlər o qədər yüksək deyil".

 

Bizimaz.az  xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan millət vəkili Vahid Əhmədov bildirib:

"Mənim aldığım məlumata görə, Azərbaycanın işğaldan azad edilən əraziləri və digər bölgələrində məhsuldarlıq yüksəldiləcək. Hər hektardan 4000-4500 sentner məhsul alınmalıdır.

Digər tərəfdən bəzi dövlətlərdə əlavə torpaq ehtiyatları var. Biz həmin dövlətlərlə müqavilə bağlayaraq onlardan icarəyə topraq götürüb taxıl əkiminə başlamaq istəyirik".

 
BAKU.WS
VİDEO