Xəbər lenti



2021-ci ilin doqquz ayının yekununda Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 3 664 660 000 dollar investisiya yönləndirilib.

Rəqəmlərə əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 274 131 000 dollar və ya 8,1 faiz çoxdur.

Ötən dövr ərzində ölkəmizə ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub. Krallıqdan Azərbaycana 1 234 759 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalıb.

İqtisadiyyatımıza ikinci ən çox investisiya qoyan ölkə isə Türkiyə olub. Azərbaycana Türkiyədən 530 051 000 dollar sərmayə yerləşdirilib ki, bu da illik müqayisədə 0,3 faiz çoxdur.

Vəsaitin həcminə görə Azərbaycan iqtisadiyyatına üçüncü ən çox investisiya etmiş ölkə - Amerika Birləşmiş Ştatları olub. Belə ki, bu ölkədən Azərbaycana sərmayə qoyuluşu 8,3 faiz artaraq 410 960 000 dollar olub.

İlin doqquz ayı ərzində Azərbaycana ən çox sərmayə qoyuluşu edən 10 ölkə aşağıdakı kimi sıralanıb:

1.Birləşmiş Krallıq - 1 234 759 000 (illik müqayisədə 0,9 faiz az);

2.Türkiyə - 530 051 000 (illik müqayisədə 0,3 faiz çox);

3.Amerika Birləşmiş Ştatları - 410 960 000 (illik müqayisədə 8,3 faiz çox);

4.Malayziya - 324 857 000 (illik müqayisədə 54,5 faiz çox);

5.Kipr - 231 309 000 (illik müqayisədə 46,9 faiz çox);

6.Yaponiya - 215 820 000 (illik müqayisədə 20,4 faiz az);

7.İran İslam Respublikası - 209 390 000 (illik müqayisədə 54,9 faiz çox);

8.Norveç - 121 722 000 (illik müqayisədə 21 faiz az);

9.Gürcüstan - 74 264 000 (illik müqayisədə 3,5 dəfə çox);

10.Birləşmiş Ərəb Əmirlikləri - 48 222 000 (illik müqayisədə 1,9 dəfə çox).

Adı qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 92,8 faizini təşkil edərək 3 401 355 000 dollara bərabər olub. Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 388 207 000 dollar və ya 12,9 faiz çoxdur. 

İlin doqquz ayı ərzində siyahıda adı olan ölkələrlə yanaşı Hindistan, Rusiya Federasiyası, Niderland, Lüksemburq, Filippin, İtaliya, Avstriya, Latviya, İsveçrə, İspaniya, Almaniya, Sinqapur, Rumıniya, Danimarka, Fransa, Qazaxıstan, Koreya Respublikası, Belçika və digər dövlətlər tərəfindən də Azərbaycana investisiyalar edilib.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov