Gələn ildən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ödənilən ƏDV-ni geri almaq mümkün olmayacaq.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir. Bu vaxta kimi isə həmin məhsullara görə alıcılar ƏDV-ni geri ala bilirdi.
Qeyd edək ki, Məcəlləyə dəyişiklik 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.