Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı bir neçə iddia hazırlayır.
Bizimaz.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə sualları cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Azərbaycanın işğal dövründə istismar edilən Söyüdlü (Zod) yatağı ilə bağlı da müvafiq addımlar atacağını diqqətə çatdıran F. Şəfiyev bildirib ki, Zod mədənini istismar edən şirkətə qarşı Avropa ölkələrinin birində məhkəmə iddiası qaldırılacaq.