Xəbər lenti

 
 

2021-ci ilin birinci yarısında Azərbaycana 22 633 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 9 161 ədəd dizel mühərrikli, 11 ədəd xüsusi təyinatlı və 22 ədəd digər növ minik avtomobili gətirilib.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın araşdırmasına əsasən, qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 246 565 170 dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 67 224 500 dollar olub.

Qığılcımla alışan DYM-li minik avtomobillərindən 257 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 12 121 ədədi mühərrikinin həcmi 1 000-1 500 kub sm olan, 10 110 ədədi mühərrikinin həcmi 1 500-3 000 kub sm olan, 145 ədədi mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan minik avtomobilləridir.

Ölkəyə gətirilən dizel mühərrikli avtomobillərdən 4 020 ədədi mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, 4 889 ədədi mühərrikinin həcmi 1 500-2 500 kub sm olan, 252 ədədi isə mühərrikinin həcmi 2 500 kub sm-dən çox olan minik avtomobilləridir.

Xüsusi təyinatlı minik avtomobillərinin ümumi dəyəri 37 160 min dollar, digər növ minik avtomobillərinin dəyəri 287 000 dollar olub.

İlin ilk rübündə minik avtomobilləri Azərbaycana dünyanın 31 ölkəsindən - Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavrikiya, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiyadan idxal edib.

ABŞ - ümumi dəyəri 60 673 040 dollar olan 7 355 ədəd avtomobil idxal edilib. Onlardan 7 279 ədədi qığılcımla alışan DYM-li, 76 ədədi dizel mühərrikli olub.

Koreya - ümumi dəyəri 43 849 610 dollar olan 6 633 ədəd avtomobil idxal edilib. Onlardan 2 831 ədədi qığılcımla alışan DYM-li, 3 802 ədədi dizel mühərrikli olub.

Almaniya - ümumi dəyəri 74 987 360 dollar olan 6 344 ədəd avtomobil idxal edilib. Onlardan 4 101 ədədi qığılcımla alışan DYM-li, 2 248 ədədi dizel mühərrikli olub.

Rusiya - ümumi dəyəri 25 392 580 dollar olan 2 519 ədəd avtomobil idxal edilib. Onlardan 2 518 ədədi qığılcımla alışan DYM-li, 1 ədədi sıxılmaqdan alışan DYM-li (dizel mühərrikli) olub.

Yaponiya - ümumi dəyəri 30 516 310 dollar olan 1 850 ədəd avtomobil idxal edilib. Onlardan 1 530 ədədi qığılcımla alışan DYM-li, 317 ədədi dizel mühərrikli, 3 ədədi digər növ minik avtomobili olub.

Meksika - ümumi dəyəri 14 345 150 dollar olan 1 725 ədəd avtomobil idxal edilib. Onlardan 1 715 ədəd qığılcımla alışan YDM-li, 9 ədədi dizel mühərrikli, 1 ədədi digər minik avtomobilləri kateqoriyasında olub.

Çin - ümumi dəyəri 13 075 820 dollar olan dollar olan 872 ədəd avtomobil idxal edilib. Onlardan 757 ədədi qığılcımla alışan DYM-li, 88 ədədi dizel mühərrikli,11 ədəd xüsusi təyinatlı, 16 ədədi digər növ minik avtomobilləri olub.

Slovakiya - ümumi dəyəri 8 644 790 dollar olan 837 ədəd avtomobil idxal edilib. Onlardan 417 ədəd qığılcımla alışan YDM-li, 420 ədəd dizel mühərrikli avtomobil olub.

Türkiyə - ümumi dəyəri 5 896 780 dollar olan 832 ədəd avtomobil idxal edilib. Onlardan 334 ədədi qığılcımla alışan DYM-li, 498 ədədi dizel mühərrikli olub.

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından - ümumi dəyəri 16 157 270 dollar olan 827 ədəd avtomobil idxal edilib. Onlardan 219 ədədi qığılcımla alışan DYM-li, 608 ədədi dizel mühərrikli olub.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov