Xəbər lenti


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac noyabrın 13-də reallaşacaq.
Bizimaz.az: Komitədən  verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kvadratmetr ilə 9297,4 kvadratmetr aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kvadratmetrdir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuzrayonunun Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kvadratmetrdir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir. Hər bir investorun büdcəsinə uyğun ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kvadratmetrdən 190,1 kvadratmetrə qədərdir. Xidmət obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlakları qiymət baxımından da müxtəlifdir. Bakı şəhəri üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 14.7 kvadratmetrdir.

Hərraca müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri də çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq Şamaxı Dəmir Beton, Kürdəmir Kəndkimya Təchizat, Sabirabadİnşaat Sənaye kimi dövlət əmlaklarını göstərmək olar.

Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008-ci illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan münasib qiymətli dövlət əmlakları Hyundai, Ford, Qaz və Vaz markalarına aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov