2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricdən 47 374 ədəd avtomobil idxal edilib.

 

Bizimaz.az  “oxu.az”a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 19 582 ədəd və ya 70,5 faiz artıb.

İdxal edilən avtomobillərin ümumi dəyəri 474 615 400 dollar həcmində olub. Bu o deməkdir ki, Azərbaycan avtomobil idxalına ötən ilin eyni dövrü ilə müqayisədə 133 646 680 dollar və ya 39,2 faiz daha çox vəsait sərf edib.

Müvafiq dövr ərzində ölkəmiz xaricdən 64 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib.

İdxal həcmi ötən ilə nisbətən 37 ədəd və ya 36,6 faiz azalıb. Bu avtomobillərin idxal dəyəri 5 051 680 dollara yaxın olub.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. Bu dövrdə 44 048 ədəd maşın idxal edilib və onların ümumi dəyəri 413 718 900 dollar təşkil edib.

İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 049 ədəd və ya 69,4 faiz çox olub.

Yanvar-iyul aylarında yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 1 583 ədəd və ya 2 dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində 3 198 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 47 882 960 dolları təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 ədəd və ya 16,9 faiz az olmaqla 64 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 7 961 860 dollar olub.