Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-iyun ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 2 425 078 000 ABŞ dollarına yaxın gəlir əldə edib.
Bizimaz.az bildirir ki, Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 2 354 100 000 dollar həcmində gəlir əldə edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 6,7 faiz artıb.
Həmçinin, yanvar-iyun ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 70 978 000 ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 2,8 dəfə azalıb.
Şahdəniz yatağı üzrə kondensatın satışından 57 131 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azdır.
Şahdəniz yatağı üzrə qazın satışından isə 13 847 000 ABŞ dolları gəlir əldə edilib və bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə azdır.
Qeyd edək ki, iyun ayı ərzində AÇQ üzrə 503 900 000 ABŞ dolları, Şahdəniz yatağı üzrə isə 8 802 000 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
Xatırladaq ki, 2020-ci yanvar-iyun ayları ərzində AÇG yatağından 2 206 000 000 ABŞ dollar, Şahdəniz yatağı üzrə qazın satışından 66 000 000 dolları, kondensatın satışından isə 131 000 000 ABŞ dolları gəlir əldə edilib.