Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Paylaşımda bildirilib ki, güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:
"Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib.
Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib".