“Cənab Prezidentin tapşırığı ilə bağlı bu günlərdə təhsillə əlaqədar bir sıra vacib qərarların verilməsi nəzərdə tutulub”.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə deyib.
O qeyd edib ki, təhsil sahəsi hökumətin prioritetlərindəndir: “İldən- ilə təhsil sahəsinə ayrılan vəsaitin həcmi artırılır. 2020- ci ildə ÜDM-nin azalması baş vermişdi. Buna baxmayaraq xərclərin artırılması istiqamətində işlər davam etdirilməkdədir. Elmin maliyyələşdirilməsində problemlər var. Biz hələ də bunun həllinə nail ola bilməmişik. Elmin inkişaf etməsi məsələsi təhsil sistemində olan nailiyyətlərimizdən asılı olacaq”.