“Son vaxtlar qiymətlərin süni artımının şahidi oluruq”.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bunu iki amillə əlaqələndirirlər:
“Birincisi tələb-təklif, ikincisi dünyada qiymətlərin artımı ilə. Amma tələb-təklif məsələsi doğru deyil. Çünki Azərbaycanda əhalinin gəlirləri aşağı düşür. İkinci məsələ ilə bağlı isə dünyada qiymət artımı 2%-dir, Azərbaycanda isə 4%.
Bunu inzibati yollarla həll etmək mümkün deyil. 1%-lik qiymət artımı Azərbaycan ailələrinə ayda 34 milyon manat, ildə isə milyardlarla zərbə vurur. Bununla bağlı aidiyyəti orqanları ciddi tədbirlər görməyə çağırıram”.