Xəbər lenti

 

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 131 milyon 543,3 min dollar dəyərində 119 min 961,4 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 998,5 ton və ya 1,6 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 22,4 milyon dollar və ya 14,5 faiz azalıb.

Təkcə aprel ayında 30,1 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 34,3 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə meyvə-tərəvəz ixracını 19,5 faiz azaldıb.

Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Tomat (pomidor) - 36,7 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 37,8 faiz az); İxracdan əldə edilən gəlir - 42,3 milyon dollar (illik müqayisədə 42,4 faiz az).

Meşə fındığı - 5,8 min ton çəkidə (illik müqayisədə 17,8 faiz az); İxracdan əldə edilən gəlir - 35,3 milyon dollar (illik müqayisədə 18,4 faiz az).

Alma - 20,9 min ton çəkidə (illik müqayisədə 5,7 faiz çox); İxracdan əldə edilən gəlir - 8,7 milyon dollar (illik müqayisədə 4,5 faiz çox).

Azərbaycanın xaricdə ən çox tələb olunan xurma məhsulu üzrə ötən ay ixrac baş tutmayıb və ilin ilk dörd ayı üçün ixrac həcmləri dəyişməz olaraq qalıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,9 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın.

2021-ci ilin dörd ay ərzində ixrac edilən meyvə-tərəvəz məhsullarından əldə edilən gəlirin həcmi ümumi ixracdan əldə edilən gəlirin 2,1 faizini təşkil edib.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov